
Elon Musk, öz yeraltı tunellər layihəsi üçün olan nəqliyyat liftinin ilk testini keçirtdi (VİDEO)
Elon Musk öz Instagram səhifəsində, yeraltı tunellər layihəsinin yeni test videosunu təqdim edib.
Yeni videoda, avtomobili tunelə endirən liftin testi əks
olunub. İyun ayının sonunda Musk bildirmişdi ki, yeraltı tunnellər layihəsi
üçün nəzərdə tutulmuş və nəqliyyat vasitəsini həmin tunellərə endirəcək ilk
lift artıq hazırdır. İndi isə Musk həmin liftin test mərhələsini videoya çəkərək
onu təqdim edib. Onun yeraltı tunellər layihəsinin konsepsiyası ondan ibarətdir
ki, yüksək sürətli tunnellər şəbəkəsi, böyük şəhərlərin altında yerləşəcək və
onları, avtomobil tıxaclarından xilas edəcək. Liftlər isə avtomobilləri tunelə
endirib onları şəhərin müəyyən nöqtəsinə çatdırmaq üçün nəzərdə tutulub.
Avtomobil xüsusi platformanın üzərində dayanır və həmin platforma onu yeraltı
tunelə endirir. Daha sonra isə həmin platforma sayəsində avtomobil, şəhərin
müəyyən nöqtəsinə çatdırılır.
Paylaş
Bənzər xəbərlər