
Elon Musk təcili olaraq digər planetləri mənimsəməyi məsləhət görür
Digər
28.06.2018
Emil
Bir neçə müddət bundan öncə alimlər
araşdırma apararaq qənaətə gəlmişdilər ki, çox güman ki, insanlar kainatda
yalnızdılar. Buna cavab olaraq Elon Musk insan sivilizasiyasının kosmosda
yayılması fikrinin vacibliyini bildirdi. Elon Musk artıq uzun zamandır ki,
planetlərarası kolonizasiya planını dəstəkləyir və bunun reallaşdırılması üçün
özünün SpaceX şirkəti ilə birlikdə mütəmadi olaraq çalışır. Alimlərin yeni
araşdırmalarının dərc olunmasından sonra Musk bir daha sözügedən missiyasının
yerinə yetirilməsi vacibliyini anladı.
Musk bildirir ki, insan növünün kainatda
yalnız olması ehtimalı bizim Günəş sistemindən kənar mühiti mənimsəmək ideyasını daha da vacib hala gətirir. “Məhz buna görə biz, kosmosu mənimsəyərək və digər
planetlərə həyatı yayaraq şüur işığını qoruyub saxlamalıyıq. Bizim, kainatda
yeganə canlı sivilizasiya olub-olmadığımız hələki məlum deyil. Lakin bizim yenə
də tək olmamızı gücləndirəcək hər bir ehtimal digər planetlərə həyatın
yayılmasını reallaşdırmaq üçün əlavə stimul olmalıdır.” – deyə Musk bildirib.
Musk
bu barədə birinci dəfədir ki, danışmır. Onun əsas məqsədlərindən biri yaxın 50
il ərzində Marsa milyona yaxın insanı göndərib orda həyat şəraiti yaratmaqdır.
2017-ci ildə Musk New Space jurnalı
üçün “Making Humans a
Multi-Planetary Species” adlı məqalə yazmışdı. Öz məqaləsində o bunları
yazmışdır: “Tarix 2 istiqamətdə gedəcək. Onlardan birinə əsasən biz həmişəlik
Yer kürəsində qalacağıq və nəticədə kütləvi qırılma baş verəcək. Mənim, dünyanın
sonu barəsində dəqiq proqnozum yoxdur. Lakin tarixin də bizə dəfələrlə sübut
etdiyi kimi hər şeyin sonunu gətirəcək nəsə baş verəcək”. Musk dəfələrlə qeyd
edir ki, belə dəhşətli ehtimalda insan sivilizasiyasının yalnız bir çıxış yolu
var. Belə ki, insan növü kosmik sivilizasiya və çoxplanetli növ olmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
