main-post-cover

    Elon Musk Tesla şirkətinin CEO vəzifəsindən çıxarılır ?

    Digər
    27.04.2018
    Nijat Hamid
    Space X Tesla Motors şirkətləri ilə tanınan Elon Musk son illərin ən uğurlu iş adamlarından biridir. Amma fikirləşdiyimiz qədər uğurlu deyil. Belə ki, Tesla Motors şirkətindəki problemlər səbəbi ilə digər pay sahibləri tərəfindən sevilməyən adam rolunda görülməyə başladı. Hər il şirkətin pay sahibləri tərəfindən keçirilən iclasda bu ilki maliyyə problemləri müzakirə ediləcək və görünən odur ki, bu problemlərə Musk-un səbəb olduğu düşünülür.
    İyun ayında keçiriləcək Tesla Motors şirkətinin pay sahibləri arasındakı iclasda Elon Musk-un CEO vəzifəsindən çıxarılması təklif olunacaq. Səs çoxluğu ilə qərar veriləcəkdir.    
    Bu iclasda əsasən maliyyə ilə bağlı danışıqlar, şirkətdə yüksək vəzifələrin təyinatı və gələcək planlar ilə əlaqəli söhbətlər edilir. İclasın sonunda isə Musk-a hissə sahibləri öz suallarını verir. Əgər bu qərar qəbul edilərsə, 20%-lik paya sahib olan Elon Musk Teslanın müstəqil sahiblərindən biri olacaq və şirkətin planlarına bir-başa təsir edə bilməyəcək.
    Linki kopyala