
Empati nədir? Empati duyğunuz varmı?
Digər
07.05.2017
Farid
Empati sözünün kökü ingilis və qədim yunan
dillərindən tərcümədə "hiss, duyğu” anlamlarını ifadə edir. Termin 1909-cu ildə
psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Tam mənası ilə empati şəxsin
özünü başqa birinin yerinə qoyaraq onun hiss, həyəcanını, istəklərini,
davranışlarını anlamaq qabiliyyətidir.
İnsan özünü başqa birinin yerinə qoyaraq
bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni qarşısındakı şəxsin müəyyən
bir mövzuda hansı hisləri keçirdiyini, mənəvi əziyyətləri, sevincini, kədərini
və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir. Alman fenomenoloq Edit Styen-ə görə empatiya qurulmasını asanlaşdırmaq, maneə olmaq və ya qarşısı almaq
mümkündür, amma heç vaxt olmayan empati formalaşdırıla bilməz. Edit-ə görə
empatini qeyri-adi edən şey onun birdən ortaya çıxması, vəziyyətə uyğun özümüzü
qarşı tərəfin yerində hiss etməyimiz və idarə oluna bilməməsidir. Empatinin əsas
müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini qınamadan əvvəl onun niyə
belə hərəkət etməsini analiz etməyimizə yardımçı olmasıdır. Empati qabiliyyəti
olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət
tərəfləri düşünməyə üstünlük verən insanlardır.

Empati əsasən iki yerə ayrılır.
Hissi empatiya
Eyni zamanda duyğu empatiyası da deyilir.
Bu empati növü əsasən insanları yaxşı başa düşməyə, hər hansı mövzuda onların
hansı hiss-həyəcanı keçirdiklərini anlama qabiliyyətidir. Məsələn narahatçılıq
empatiyası. Belə empatiya növü hətta kiçik yaşlı uşaqlarda da özünü göstərir.
Qarşısındakı insan ağladıqda uşaq həmin şəxslə birgə ağlaya, onu qucaqlaya və
ya buna bənzər hərəkətlər nümayiş etdirə bilər.
İdrak empatiyası
Bu empatiya forması əsasən başqalarının hərəkətlərini
nöqteyi nəzərdən və mənəvi baxımdan anlama formasıdır. İdrak, təfəkkür empatiya
formasının özünün müxtəlif formaları mövcuddur. Məsələn, bu empatiya növünə
sahib insanlar başqalarını psixoloji tərəfdən anlaya bilir, bir digər qrup
insan isə yaratdığı xarakterlərlə təsəvvür yaratmağa meyllidir.
Empatiya-Simpatiya
Bir çox hallarda bu iki söz qarışıq
salınır. Simpatiya dedikdə, bir insanın sahib olduğu hiss və düşüncələrə rəğbət
bəsləməkdir. Empati isə qarşımızdakı şəxsin fikir və düşüncələrini anlamağa əsaslanır.
Simpatiya hiss etdiyimiz şəxslərin duyğularını, fikirlərini paylaşdığımız
halda, empatiya yaratdığımız insanların isə düşüncə və davranışlarını anlaya
bilirik. Empatiyanın əks anlamı antipatiya adlanır. Fransızcadan isə "qarşı
duyğu, nifrət, sevməmək” kimi ifadə olunur.
Empatiya çox mühüm anlayışdır. Empatiyası
olmayan şəxs normal insan düşüncəsinə sahib ola bilməz. Məsələn, ikinci Dünya Müharibəsi dövründə alman əsgərlərinə "mən necə bir cinayət işləyirəm, mən nə
edirəm” demək qadağa halını alıb və onun əvəzinə belə olmalıymış kimi fikir
formalaşdırılıb. Beləliklə, belə təlim-tərbiyə görmüş insanlarda acıma hissi
zamanla ortadan qalxmış və əziyyət çəkən tərəfə rəhm hissi tamamilə yoxa
çıxmışdır. Bu cür psixologiya ilə həyat keçirən insanlarda empatiyadan söhbət
gedə bilməz.
Empatiya anlayışının yox olduğu cəmiyyət isə
sonda çoxlu sayda cinayətlərlə müşahidə oluna bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
