
Ən yaxşı işçilərini həbsxanadan tapmış sahibkar
Əgər Koss Marte (Coss Marte) sizin zənglərinizə və məktublarınıza cavab vermirsə onda inciməyin. Çünki çox böyük ehtimal ilə o həbsxanadadır.
Belə ki, həbsxanada olduğu müddətdə
o öz mənfəətini qazanır. Marte 2.5 milyon dollar dəyərində narkotik vasitələrin
satışına görə 6 ilini həbsxanada keçirdib. 2013-cü ildə Marte azadlığa çıxıb və "ConBody”
layihəsini təsis edib. Hal-hazırda o bir çox parklarda həbsxana müddətində yaratdığı
idman dərslərini keçir. Marte-nin artıq Nyu York-da şəxsi studiyası belə var. Hər
ay ona minlərlə müştəri müraciət edir. Lakin öz vaxtının çox hissəsini o yenədə
həbsxanada keçirdir. Hər həftə o öz idman təlimçiləri ilə Raykers adlı ada həbsxanasına
gedir və hökm qərarını gözləyən məhbuslar üçün 50-ə yaxın idman dərsi keçir. Bu
yaxınlarda o, həbsxanada uzun müddət keçirmiş məhbusların normal həyata
qayıtmasında yardımçı olmaq üçün Kaliforniya şəhər islah müəssisəsi ilə əməkdaşlığa
başlayıb. Marte-nin əsas məqsədi daha çox məhbus yığaraq onların idman təlimçisi
sertifikatını hələ həbsxanada olduqları müddətdə almalarına nail olmaqdır. Beləliklə
azadlığa çıxan zaman həmin insanlar onun komandasında çalışa biləcəklər.
"Azadlığa çıxdıqdan sonra artıq gələcəyinin
olmadığını düşünmək hissinin nə olduğunu yaxşı bilirəm. Belə anlarda insanın
ağlına gələn yeganə fikir bacardığın ən yaxşı işə geri qayıtmaqdır” – deyə
Marte bildirib. 13-23 yaş arası vaxtlarında Marte 10 dəfə həbsxanaya düşüb.
Araşdırmalara əsasən 2005-ci ildə azadlığa çıxmış 68% məhbus növbəti 3 il ərzində
yeni cinayətlərə görə yenidən həbs olunub. 77% məhbus isə növbəti 5 il ərzində
yeni cinayət törədib. Marte-nin sözlərinə görə onun 11 əməkdaşından 8-i nə
vaxtsa həbsxanada olub. Hər bir idman təlimçisi işinə görə saatda 50$ qazanır.
Müştərilərin keçmişdə məhbus olmuş idman təlimçiləri haqqında şüphələrini yox
etmək üçün Marte bildirib ki, onların məşqləri gülüş ilə bir yerdə keçirilən məşqlərdir
və heç kim heç kimin üzərinə qışqırmır. Marte bu ilin sonunadək onun şirkətinin
satış həcminin 300.000$-a çatacağını planlaşdırır. Gələn il isə o, 5 ədəd ConBody
studiyası açmağı və daha 60 nəfər keçmiş məhbusu işə götürməyi düşünür. Bunun
üçün o Kickstarter vasitəsilə 175.000$ vəsait yığıb və bir sıra biznes layihələr
üçün nəzərdə tutulmuş konkurslarda qalib gəlib. Marte zorakılardan başqa istənilən
keçmiş məhbusu işə götürür və onların hansı cinayət üzrə və nə qədər müddət həbsxanada
olduqlarına fikir vermir. "Mən bu insanlara olan münasibəti dəyişmək istəyirəm.
Onlar qəfəsdə saxlanılan hər hansısa bir vəhşi heyvan deyillər. Onlar sizlərə
küçədə tanımadığınız bir şəxs qədər təhlükə göstərmirlər” – deyə Marte
bildirib. Fiziki cəhətdən zəif olan məhbuslar narahat olmaya bilərlər. Belə ki,
Marte-nin sözlərinə əsasən onlar ofis işi ilə təmin olunacaqlar.
Paylaş
Bənzər xəbərlər