
Energetik içkilərin mütəmadi qəbulunun ciddi xəstəliyə yol açdığı məlum olub
Alimlər müəyyən ediblər ki, mütəmadi olaraq eəbul edilən energetik içkilər qaraciyər iltihab xəstəliyi hepatitə gətirib çıxardır.
Həkimlər bu cür nəticəyə 50 yaşlı
kişi ilə baş vermiş hadisədən sonra gəliblər. O, həkimlərin onda kəskin qaraciyər
çatışmazlığı aşkar etdiklərindən sonra xəstəxanaya yerləşdirilib. Mütəxəssislərin
bildirdiklərinə görə xəstəliyin səbəbi mütəmadi olaraq energetik içki qəbulu
olub. Belə ki, xəstə 3 həftə ərzində gündə 4-5 ədəd energetik içki içirdi.
Energetik içki qəbulundan sonra xəstə, iştahasının itməsinə və qarın hissəsində
ağrılara fikir verib. İlk öncə o, qripə yoluxduğunu fikirləşərək buna önəm verməyib.
Lakin xəstə, dərisinin saralmasını və sidiyinin rənginin daha tünd olduğunu
görüncə narahatlıq keçirib.
Laboratoriya testləri göstərdi ki,
xəstənin qaraciyəri ciddi şəkildə zədələnib. Biopsiya isə qaraciyərdə hepatit xəstəliyinin
olduğunu təyin edib. Mütəxəssislərin fikrincə buna səbəb energetik içkilərin tərkibindəki nikotin turşusu olub. Həmin turşu orqanizmə daxil olan zaman yağların
parçalanmasında iştirak edən niatsinamid-ə çevrilir. Adi insan üçün nikotin
turşusunun norması 5-10 mq-dır (milliqram). Onun qaraciyər çatışmazlığı
yaratdığı məlumdur. Həkimlərin bildirdiklərinə görə energetik içkilərin tərkibindəki
nikotin turşusu insan orqanizminə lazım olan dozadan daha çoxdur. Energetik
içki bazarının sürətlə genişlənməsini nəzərə alan alimlər bu içkiləri qəbul edən
insanlara daha diqqətli olmalarını tövsiyyə edirlər.
Paylaş
Bənzər xəbərlər