Logo
    main-post-cover

    Epic Games və Google arasında gizli 800 milyon dollarlıq Unreal Engine razılaşması ortaya çıxdı

    Digər
    23.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Epic Games və Google arasında illərdir davam edən antiinhisar məhkəmə çəkişməsinin arxa planında indiyədək açıqlanmayan 800 milyon dollarlıq strateji biznes razılaşması olduğu üzə çıxıb. San-Fransiskoda keçirilən məhkəmə iclasında Kaliforniya Federal Hakimi Ceyms Donato, tərəflər arasında bağlanan bu razılaşmanın Epic-in Google-a qarşı tələblərini yumşaltmış ola biləcəyindən narahatlığını ifadə edib.
        Məhkəmədə səslənən məlumatlara görə, razılaşma birgə məhsul inkişafı, ortaq marketinq fəaliyyəti və tərəfdaşlıqları əhatə edir. Hakimin sözlərinə görə, Epic Games Google-un Android platformasının tanıdılmasına töhfə verəcək, Google isə Epic-in əsas texnologiyalarından, xüsusilə Unreal Engine-dən daha geniş şəkildə istifadə edəcək.
        Razılaşmanın detalları məxfi saxlanılsa da, Epic CEO-su Tim Sweeney ifadəsi zamanı sövdələşmənin “metaverse”, yəni əsasən Fortnite ekosistemi ilə bağlı olduğunu etiraf edib. O, Google-un Unreal Engine-dən məhsullarını inkişaf etdirmək üçün istifadəsinin nəzərdə tutulduğunu deyərkən, təsadüfən məxfi detalları açdığını da bildirib.
    Paylaş