Epic Games və Unity-dən böyük tərəfdaşlıq!
Epic Games Unity oyunlarını Fortnite-a gətirmək üçün tərəfdaşlıq elan edib. Xəbər bu gün Unity-nin illik konfransı zamanı açıqlanıb. Razılaşmaya əsasən, Unity həmçinin öz platformasına Unreal Engine dəstəyi də gətirəcək. Gələn ilin əvvəlindən etibarən inkişafçılar Unreal vasitəsilə "qiymətləri, kampaniyaları və canlı əməliyyatları idarə etmək" imkanına sahib olacaqlar. Əlavə məlumatlar və məhsulun dəqiq vaxtı 2026-cı ildə açıqlanacaq.
Unity-nin prezidenti və baş direktoru Matt Bromberg bildirib:
“Epic Games ilə tərəfdaşlıq etdiyimizə görə çox məmnunuq. Bu əməkdaşlıq dünya üzrə oyun inkişafçıları üçün daha çox imkan yaradacaq.”
Epic Games-in qurucusu və baş direktoru Tim Sweeney isə əlavə edib:
“Vebin ilk dövrlərində olduğu kimi, açıq metaversi qurmaq üçün şirkətlərin birlikdə çalışmasına ehtiyac olduğuna inanırıq. Unity ilə birlikdə inkişafçılara daha əyləncəli oyunlar yaratmaqda, daha böyük auditoriyalara çatmaqda və uğur tapmaqda kömək edirik.”
Paylaş