Erkən yaşda və 50 yaşından sonra proqramlaşdırma öyrənib uğur qazanan insanlar

TEXNOLOGİYA


20.06.2018 0 PAYLAŞIM 1592 OXUNMA


            2018-ci il və artıq demək olar ki, dünya tamamilə kiberləşməyə doğru gedir. Sadə bir proqram təminatı ilə artıq hər şeyi həll edə bilirik. Hər şəyin təməlində isə kodlar dayanır. Dünyada 700-dən çox proqramlaşırma dili mövcuddur. Bunlara ən məşhur misallar: Python, Pascal, Java, Javascript, PHP, C++, C# və s kimi dilləridir. Bütün proqramlaşdırma dillərinin əlifba sırası ilə isə buradan tanış ola bilərsiniz. Bu dillər ilə sadəcə 1 -indən və ya daha çoxundan istifadə edərək kombinasiyalı şəkildə kod yazmaq mümkündür.

            Bugün danışacağımız mövzuda isə əsas foksumuz proqramlaşdırma dilləri yox, məhz proqramçılığa başlamaq üçün yaş limitidir. Yəni ümumiyyətlə belə bir limit varmı? Ümumi olaraq proqramlaşdırmanı öyrənmək üçün konkret bir yaş həddi tələb olunmur, hətta az yaşında və ya 50+ yaşında kod yazmağı öyrənib bir çox uğur və sərvət qazanan çox insan var.

Uşaqların erkən yaşda kod yazmağı öyrənməsinin faydaları.       

            Erkən yaşlarda kod yazmağı öyrənmək uşaqlar üçün bir çox faydaları var. Alqoritmalar üzərində düşünmək, müxtəlif dilləri öyrənmək və çoxlu düşünmək uşaqların analitik düşünmə qabiliyyətlərini inkişaf etdirir, daha diqqətli olmalarına, komanda ilə işləmək, yaradıcı olmaq kimi bir çox bacarıq qazandırır. Ayrıca, son illərdə tələb olunan vakansiyaların çoxunun “proqramlaşdırma” ilə əlaqəli olduğu üçün eyni zamanda uşağınız üçün uğurlu bir gələcəyin əsasını qoymuş olursunuz. Uşaqlar 5 yaşdan etibarən kod yazmağı öyrənə bilərlər. Uşaq yaşlarda kod yazıb bir çox uğura imza atan bəzi proqramçılara nəzər yetirək. 


             Julieth Brindak – “Miss O & Friends” sosial platformasını 16 yaşında yaratdı. 10 yaşında kod yazmağa başlayan Julieth 6 il sonra öz platformasını yaratdı və hal-hazırda bu platform 16 milyon dollar dəyərindədir. Aylıq isə 10.000 dollara yaxın reklam gəlirləri əldə edir.


             Nick D’Aloisio 12 yaşında kod yazmağı öyrənməyə başladı. 17 yaşında gündəm xəbərlərini izləmək üçün hazırladığı həllə görə Yahoo şirkəti onu işə qəbul etdi. 30 Milyon dəyərində bir investisiya ilə proqramını Yahoo platformasına inteqrasiya etdi.

            Connor Zwick JavaScript öyrənərək 19 yaşında öz proqramını hazırladı və hal-hazırda PayPal şirkəti ilə çalışır. O kiçik yaşlardan JavaScript öyrənməyə başladı və 19 yaşına çatanda artıq tanınmış bir proqramçı idi. İş həyatı elə uğurlu davam etdi ki, Harward Universitetindən ayrıldı və kariyerasına kodlar ilə davam etdi. 

            Robert Nay - 14 yaşında kodlarının 4000 sətirdən daha çox olan Bubble Ball oyunu hazırladı və 2 həftəyə 2 milyondan daha çox gəlir qazandı. Apple Store-da yayımladığı oyun hesabına bu gün bir sərvət sahibidir.


Yaşınız çox olması kod yazmağınıza, kod sətirləri arasında öz fikirlərini gerçəkləşdirməyə əngəl deyil.

           Öyrənməyin yaş limiti yoxdur, əsasən də “proqramlaşdırma” dillərini. Yaşı çox olan və ya yaşlı insanların alqoritmalar ilə işləməyi öyrənməsi, daimi düşünməsi onlari Alzhemir, Demans, Delirium və s. kimi beyinlə əlaqəli problemlərdən qoruyur. Hal-hazırda dünya üzərində yaşı 50-ni keçməsinə baxmayaraq kod yazmağı öyrənməyə çalışmış və bir çox uğur qazanmış çox şəxs var. Sadəcə iradə və öyrənmək istəyi ilə kod yazmağı öyrənmək istənilən yaşda mümkündür. Kod yazmağı ömrünün 2-ci yarısında öyrənib uğurlara imza atan bu şəxsləri nəzərdən keçirək. 

           Masako Wakamiya- bu qadın 81 yaşında kod yazmağı öyrəndi və iOS üçün bir oyun hazırladı. Hal-hazırda dünyada ən yaşlı proqramist olaraq bilinən Masako ilk komputerini 60 yaşında aldı. Sonra texnologiyanın inkişafı ilə o da özünü təkminləşdirdi və Apple şirkətinin WWDC 2017 konfransına dəvət aldı. Hazırladığı oyun 42.000-dən çox endirildi və maddi vəziyyəti əvvəlkinə nəzərən qat-qat artdı. 


            Dennis DeMattia- 65 yaşında kod yazmağı öyrəndi. İndi isə 73 yaşı var və tamamlaması lazım olam 35 layihə üzərində işləyir. 65 yaşında digər yaşıdları kimi oturmaqdan və söhbət etməkdən çox sıxılırdı. Kod yazmaq ilə maraqlanan Dennis 70 yaşına çatanda artıq sərbəst şəkildə proqramlar hazırlaya bilirdi. İndi isə müxtəlif layihələr üzərində işləyir və özü kimi 50+ yaşlı 2-3 Proqramçı dostu belə var.

           Bob Jones - 34 yaşında kod yazmağı öyrənməyə başlayan Bob indi 71 yaşındadı və verdiyi müsahibədə iş həyatında ümumilikdə 3-4 milyon sətr kod yazdığı deyir. 34 yaşında hazırki işindən sıxılan Bob boş vaxtlarını kod yazmağı öyrənməyə çalışırdı. Hazırladığı proqramlar ilə şirkətlərin diqqətini çəkən Bob 4-5 il Apple ilə işlədikdən sonra öz firmasını quraraq kariyerasına belə davam etdi.

          Pranati Vyas- 36 yaşında proqramlaşdırma öyrənməyə başladı və ilk işini 40 yaşında aldı. İndi isə yüksək maaş ilə birliktə üzərində işlədiyi 7 layihə ilə həyatına davam edir. Vyas Məktəbdə müəlliməlik edirdi. Bir qrup gəncin kod yazmaq həvəsini görən müəllimə həmin günün gecəsi səhərə qədər kodlaşdırma ilə maraqlandı. 4 ilin ardından yəni 40 yaşında böyük bir şirkət tərəfindən işə qəbul olundu. Sonrakı 5 il ərzində məktəbdə işlədiyi 8 ildə qazandığı gəlirdən daha çoxunu əldə etdi.

          Sean Allen- 33 yaşında ilk kodunu yazdı və 2 il sonra iOS platformasına proqram yazması üçün San Francisconun məhşur şirkətlərindən təkliflər gəldi. İndi isə “full stack developer” olaraq işlərinə davam edir.  


          Haradan başlamaq lazım olduğunu bilmirsinizsə, bizim təklifimiz Azərbaycanda peşəkar kompüter təhsili verən - Step IT Academy-dir. Akademiyada həm uşaqlar həm də böyüklər üçün iki fərqli proqram nəzərdə tutulub. Siz bugün həm özünüz həm də gələcəyiniz olan övladlarınız üçün ilkin təməlləri məhz elə Azərbaycanda ata bilərsiniz. Bunun üçün heç də uzağa getmək lazım deyil. Yüksək səviyyəli kadrlar ilə proqramlaşdırma dilləri üzərində bacarıqları əldə edərək yuxarıda bəhs etdiyimiz insanlar kimi öz uğur hekayələrinizi yaza bilərsiniz.