Logo
    main-post-cover

    Çernobil geri qayıdır - Dünyanın ən böyük günəş enerji stansiyası yaradılır

    Digər
    07.05.2017
    Farid
    Ukranya'nın Kiev bölgəsinin hakimiyyətində olan Çernobil, 1986-cı ildə meydana gələn dünyanın ən böyük nüvə stansiya partlaması nəticəsində məhv oldu. Bəşəriyyət hələ də bu hadisəni unutmur. Yaxınlıqdakı bütün ölkələrdə öz təsirini göstərən bu hadisə tarixin ən unudulmaz qəzasıdır. Bildiyiniz kimi o qəzadan sonra həmin sahə bağlıdır və kəskin radiasiyaya görə heç bir insan ora buraxılmır. Bu sahəni dəyərləndirmək istəyən Ukrayna höküməti, Guardian'ın xəbərinə görə böyük günəş enerji stansiyası qurmaq istəyir və bununla bağlı büdcə axtarır. Lazım olan məbləğ formalaşarsa, Çernobil qəza sahəsində qururlacaq stansiya təxminən 1,400MW enerji istehsal edə biləcək və bu partlayan atom enerji stansiyasının istehsal edəcəyi enerjinin üçdə biri deməkdir. Bu gözəl layihə üçün 1000 kv. kmlik Çernobil sahəsinin müsbət tərəfləri var. Bunlardan biri boş və ucuz olması, böyük həcmdə günəş işığı qəbul etməsi və bütün bunlardan da önəmli olan, atom stansiyasından geriyə qalan eletrik təsisatının hələ də işlək olmasıdır. Proyektin nə vaxt hazır olacağı bilinmir, amma bu sahəni yoxdan var etmək üçün böyük bir əzm lazım olduğu dəqiqdir.
    Paylaş
    Bənzər xəbərlər