
Əslində, toxunduğumuzu sandığımız heçnəyə toxunmurmuşuq!
Bir şeyə toxunduğumuzu sanırıq amma əslində ona həqiqətən toxuna bilmirmişik.
Toxunmaq dediyimiz şey əslində, barmaq uclarımızın dərisinin ən üst təbəqəsindəki atomların ətrafındakı elektronları, cisimlərin ən üst təbəqəsindəki atomların ətrafındakı elektronlara yaxınlaşdırmaqdır.
Elektronlar eyni yüklü (hər ikisi – və ya hər ikisi +) olduqda bir-birilərini itələyəcəklər, yəni heç
vaxt bir-birinə toxuna bilməyəcəklər.
Barmaqlarımızı bir cisimə
sıxdığımızda, nə qədər çox sıxarsaq sıxaq, cisimlə barmaqlarımız arasında atomik səviyyədə bir boşluq qalacaqdır. Əslində toxunmaq dediyimiz hiss, bu
elektronların qarşılıqlı itələmə qüvvəsidir.
Eyni şəkildə hazırda oturmaqda
olduğumuz stul ilə bizim aramızda çox-çox kiçik də olsa bir boşluq var. Əslində
texniki olaraq, birini öpdüyümüz zaman ya da toxunduğumuz zaman hiss etdiyimiz,
qarşımızdakının bədəni deyil, bədənindəki elektronların itələmə qüvvəsidir.
Onsuz da həm bizim həm də qarşımızdakının atomlarının 99%-i boşluqdan ibarət
olduğu üçün, həqiqətən toxunsaq belə necə bir şey hiss edərik bilmirəm.
Siz yenə də toxunmağa, öpməyə davam edin, yalnızlıq daha çətindir.
Paylaş
Bənzər xəbərlər