
Ethan Hunt növbəti missiyaya hazırdır
Rejissor Christopher McQuarrie həqiqətən "Mission Impossible 6" filmini çəkəcək. Daha əvvəl şaiyə kimi sayılan bu xəbəri rejissor özü twitter hesabında "Mən bu missiyanı qəbul etdim" - yazaraq təsdiqləyib. Filmin üzərində işlərin nə vaxt start götürəcəyi hələki dəqiq bilinmir. Lakin çox güman ki, çəkilişlər 2016-cı ilin yay fəslində başlayaraq 2017-ci ilin ortaları üçün böyük ekranlara çıxacaq. Ethan Hunt rolunu yenidən Tom Cruise canlandıracaq. Bu yaxınlarda televerilişlərin birində aktyor bildirib ki, o artıq çəkilişlər üçün hazırlıqlara başlayıb. Yeni film Christopher McQuarrie ilə Tom Cruise-un birlikdə iştirak etdikləri üçüncü film olacaq. Daha öncə onlar "Jack Reacher" və "Mission Impossible: Rogue Nation" filmlərinin çəkiliş meydançalarında bir yerdə çalışıblar. Qeyd edək ki, "Mission Impossible: Rogue Nation" filmi 700 milyon dollar gəlir gətirmişdir.
Paylaş
Bənzər xəbərlər