Logo
    main-post-cover

    Ev itləri ilə bağlı startap 3.1 Milyon dollar investisiya aldı!

    Digər
    07.05.2017
    Farid
    Ev heyvanları ilə bağlı strataplar barədə, xüsusilə Avropa və Amerika-da diqqət cəlb edən işlərə rast gəlmək olur. Braziliyada 3.1 milyon dollar investisiya alan "DogHero” da buna birə-bir nümunədir.
    "Airbnb”nin itlərə aid edilmiş bir modeli olaraq mənimsənilən DogHero, it sahiblərinin öz sadiq dostlarını güvənilir baxıcılara əmanət etmələrinə vasitəçilik edir.2014-cü ildə qurulan startap, hazırda 100 min ədəd it ilə 5 min baxıcıya xidmət göstərir və ölkə daxilində 400 şəhərdə istifadə edilir.
    "Technote.az"ın "Webrazzi"yə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə "Kaszek Ventures”dan toxum investisiyası alan DogHero, Latın Amerikalı "Monashees”in liderlik etdiyi investisiya turunda 3.1 milyon dollar investisiya almağı bacardı. Bu iş üçün bu qədər böyük bir məbləğin verilməsi bizə qəribə gələ bilər amma xatırladaq ki, Braziliyada ev heyvanları üçün 8.16 milyard dollardan çox pul xərclənilir.
    Qurucu ortaqlardan Edvardo Bayer, çox səyahət etdiklərini və heyvanlarını əmanət edəcək güvənli bir yer tapa bilmədiklərini deyərək, yenə şəxsi ehtiyacdan (tələbatdan) doğan bir startapa imza atdıqlarını göstərir. Startapçılar gələn ilə qədər şirkəti,2.5 milyondan çox itə və 20 min baxıcıya qədər böyütmək istəyirlər.
     
    Yenə rəqəmlərə baxası olsaq, Braziliyada 35.8 milyon itin var olduğunu əlavə edə bilərik. İt sahibi olmaq baxımından Braziliyanın qarşısındakı tək ölkə isə ABŞ-dır və orada DogHero-nun gördüyü işi görən Rover.comDogVacay.com indiyə qədər 100 milyondan artıq investisiya alıblar.
    Bildiyim qədəri ilə, Azərbaycanda bu sahədə fəaliyyət göstərən startap yoxdur. Bunun səbəbi bazarın kifayət qədər böyük olmaması ola bilər.
    Paylaş
    Bənzər xəbərlər