
Face ID və Touch ID. Hansı yaxşıdır?
12 Sentyabr tarixində təqdim olunmuş iPhone X, Home düyməsindən
məhrum olduğu üçün Touch ID texnologiyasını da daha özündə birləşdirmir. Onun
yerinə isə üz skanı texnologiyası Face ID-i gəldi. Lakin o daha yaxşı mı oldu?
Təqdimat zamanı Face ID ilə bağlı xoş olmayan bir hadisə baş
verdi. Belə ki, Craig Federighi, Face ID vasitəsilə iPhone X-i, blockdan
çıxartmaq istəyəndə, smartfon heç bir reaksiya vermədi. Bir çox xəbər
agentlikləri bunu böyük problemə çevirdilər. Əslində isə məsələ texnologiya ilə
deyil, iPhone X-in öz ilə bağlı idi. Belə ki, həmin funksiyanın təqdimatından
öncə smartfon təkrar olaraq işə salınmışdı. Hətta köhnə model iPhone-larda belə,
yenidən işə salınmadan sonra şifrə tələb olunur.
Müsbət cəhət: Face ID, qaranlıqda da çalışır:
Sadəcə olaraq smartfona baxmaq kifayətdir. Onu hansısa bucaq
altında üz önündə tutmağa ehtiyac yoxdur. Hər şey sadə. Lakin Touch ID, daha
rahat görünür. Belə ki, smartfonu cibdən çıxarıb dwyməyə klik edərək onu
blockdan çıxartmaq mümkündür. Lakin buna baxmayaraq Face ID, Touch ID-dən daha
təhlükəsizdir. Təqdimat zamanı bu məsələyə çox vaxt sərf etdilər. Əgər keçmiş
iPhone modellərində Touch ID vasitəsilə digər barmaq sayəsində smartfonu
blockdan çıxartmaq ehtimalı 50.000-də 1-ə bərabərdirsə, Face ID texnologiyasında
bu ehtimal milyonda 1-ə bərabərdir. Nöqtələr proyektoruna, infraqırmızı şüalanma
və infraqırmızı sensorlara sahib TrueDepth kameralar sistemi, üzün modelini
yaradaraq, smartfonun qarşısında onun sahibinin olduğunu təyin etmək üçün süni
zəkadan istifadə edir.
Müsbət cəhət: Face ID rahatdır:
Təsəvvür edək ki, sizin əlləriniz yaşdır. Bu halda siz öz
telefonunuzu, Touch ID vasitəsilə blockdan çıxarda bilməyəcəksiniz. Əgər bu
sizdə alınsa belə, deməli sizin bəxtiniz gətirib. Face ID-də isə belə bir
problem olmayacaq. Belə ki, kamera üçün fərqi olmayacaq ki, siz necə
görünürsünüz. Təqdimat zamanı şirkət qeyd etmişdi ki, texnologiya, öyrənmə
qabiliyyətinə sahibdir və hətta sizin üzünüzdə makiyaj, saqqal, eynək və ya
hansısa geyim detalı olsa belə, o, smartfonu aktivləşdirməyə qadir olacaq.
Mənfi cəhət: Bu texnologiya vasitəsilə nəyi gözləmək lazım
olduğu məlum deyil:
Hər şey qulağa xoş səslənsə də cihazı test etmək laızmdır.
Ola bilər ki, 2 ay ərzində şirkət həmin sistemi elə yüksək səviyyədə təkmilləşdirəcək
ki, hamı Touch ID texnologiyasını unudacaq. Lakin hər şeyin nəticə etibarilə qəmgin
şəkildə bitməsi ehtimalı da var. Hal hazırda Face ID, çox perspektivli və
maraqlı texnologiya kimi görünür. Bir neçə ildən sonra o daha sadə və istifadədə
daha rahat olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...