
Facebook-da canlı yayım bildirişlərindən bezmisiniz? Necə ləğv etmək olar?
Son zamanlarda ("Facebook"un canlı yayım funksiyasının şəxsi hesablarda istifadəsinə icazə verdikdən sonra) istifadəçilərin artan və gərəksiz canlı yayım bildirişlərindən bezdiyini açıq-aşkar görürük.
Artan bildirişlər, tez-tez yayım edən istifadəçilərin hesablarında dostluq sayının sürətlə azalmasına gətirib çıxarır. Səbəb isə açıqdır: Canlı yayım bildirişləri!
Əgər sizdə canlı yayıml bildirişlərindən bezmisinizsə, "Technote.az" olaraq bundan necə xilas ola biləcəyinizi sizə göstəririk : Bunun üçün "Bu linkə" daxil olaraq, aşağıdakı Live videos - bildirişlərini Açıqdan , Qapalı olaraq dəyişdirməlisiniz.
Ümid edirik işinizə yarayacaq.
Hörmətlə: Technote.Az
Paylaş
Bənzər xəbərlər