Logo
    main-post-cover

    Facebook Live-a 2 nəfərlik canlı yayım xüsusiyyəti gəlir

    Digər
    07.05.2017
    Farid
    Dünyada ən məşhur sosial şəbəkələrdən biri olan "Facebook", bir müddət əvvəl canlı yayım xidmətini istifadəçilərə təqdim etmişdi. Gün keçdikcə daha da məşhurlaşan canlı yayım xidmətinə artıq yeni xüsusiyyətlər əlavə olunub.
    "Facebook" rəsmiləri tərəfindən verilən açıqlamada Facebook Live adlı bu xidmətin qısa bir zamanda daha da inkişaf etdirilməsi gözlənilir.

    İki nəfərlik canlı yayımlar istifadəyə veriləcək!
    İlk əvvəl ABŞ-da test istifadəsinə verilən iki nəfərlik Facebook Live, zamanla digər ölkələrə də inteqrasiya edəcək. Yəni bu yenilik vasitəsilə fərqli nöqtələrdə olsa belə tək bir yayımın təşkil olunması mümkün olacaq.
    Daha əvvəl VidCon-da çıxış edən "Facebook" nümayəndəsi diqqət çəkici və inkişaf etmiş canlı yayım təqdim edəcəklərini bildirmişdilər.
    Paylaş
    Bənzər xəbərlər