
Facebook şirkəti BlackBerry'ni yenidən məhkəməyə verdi: Səbəb nədir?
Facebook sosial şəbəkəsi
BlackBerry şirkətini səsli mesajların göndərilməsi ilə bağlı texnologiyalar üzrə
6 patentin pozulmasına görə məhkəməyə verib. Facebook şirkəti BlackBerry-yə
qarşı San Fransiskonun federal məhkəməsində iddia qaldırıb. Hər iki şirkətin təmsilçiləri
bu barədə hələki heç bir fikir bildirməyiblər. Qeyd etmək lazımdır ki, Facebook
bundan öncə də BlackBerry şirkətini texnologiyaların oğurlanması üzrə
günahlandırırdı. Belə ki, bu ilin yaz fəslində sosial şəbəkə mesajların göndərilməsi
ilə bağlı yaratdığı texnologiyadan qanunsuz istifadə üzrə BlackBerry şirkətini
məhkəməyə vermişdi. Facebook həmçinin BlackBerry-ni audio, video və foto göndərilməsi
barəsində texnologiya oğurluğunda da günahlandırıb. BlackBerry isə öz növbəsində
Facebook-u təhlükəsizlik sahəsində intellektual mülkiyyətin istifadəsi
qaydalarının pozulmasında günahlandırırdı.
Paylaş
Bənzər xəbərlər