
Facebook tanınmış MSQRD startapnı aldı
Belarusiya startapı olan MSQRD (Masquerade) bilinməyən bir məbləğ müqabilində Facebook tərəfin alındı. Bu məlumatı MSQRD-in qurucusu öz facebook səhifəsində olan yazısı ilə təsdiqlədi.
Мы объединяем наши усилия с FacebookPosted by Евгений Невгень on Wednesday, March 9, 2016
Verilən məlumatlara görə təsiscilər artıq öz ofislərini Facebook-un London ofisinə köçürəcəklər.
Business Insider-ə müsahibə verən Facebook əməkdaşı bunları bildirib: "Biz şadıqki Masquerade bizim komandaya qoşuldu və biz videoservisin inkişafında onlara kömək edəciyik."
MSQRD tətbiqi 2015-ci ilin dekabr ayında üzə çıxıb. İlk bir ayda artıq milyon yükləmə baryerini keçmişdilər, fevral ayının sonunda isə 10 milyon yükləməyə çatmışdılar. Tətbiqin Android versiyası isə 2016-cı ilin mart ayında ortalarında Beta olaraq PlayMarketdə olacaq.
Paylaş
Bənzər xəbərlər