
Facebook yalançı xəbər başlıqlarına müdaxilə edəcək
Technote.az-ın "newsroom.fb.com” saytına istinadən verdiyi xəbərə əsasən Facebook istifadəçinin ana səhifəsində daha az clickbait başlıqlar (yəni yalnız trafik əldə etmək üçün nəzərdə tutulmuş reklam başlıqları) göstərəcək.
"İstifadəçilər bizə bildirirdilər ki, daha çox orijinal məlumatları əldə etmək istəyirlər. Buna görə də biz bunların hansı məlumatlar olduğuna və
istifadəçilərin həmin məlumatlara necə reaksiya verdiklərini anlamaq üçün uzun
müddət çalışırdıq. Biz həmçinin insanların hansı məlumatları aldadıcı və ya
reklam xarakterli olmalarını təyin etmələrini anlamaq üçün də çalışırdıq ki, həmin
məlumatlar ana səhifədə nadir hallarda görünsünlər” – deyə ismarıcda qeyd olunub.
İlk öncə Facebook "O divan üzərindəki yastıqların altında nəyin
olduğuna baxanda və onu görəndə... Mən şokda idim” və "İt kuryerin üzərinə
hürdü və onun reaksiyası qiymətsiz idi” kimi başlıqlar ilə mübarizə aparacaq.
Facebook spam-filtrə bənzəyən alqoritm hazırlayıb hansı ki, clickbait
başlıqlardakı sözləri müəyyən edir. Bu cür başlıqları sosial şəbəkə iki yerə
ayırıb. Məqalədə söhbətin nədən getdiyini göstərməyən və oxucunu yanlış fikirə
yönəldə biləcək şişirdilmiş başlıqlar. Facebook gələcəkdə ana səhifədə
clickbait-ləri müəyyən etmək üçün minlərlə bu cür başlığı incələyib. Yeni
alqoritm clickbait başlıqlardakı açar sözləri ilə yanaşı həmçinin həmin
başlıqları yerləşdirən internet resurslarını da yadda saxlayır. Beləliklə bu cür
saytlardan olan xəbərlərin sayı ana səhifədə azalacaq. Bununla belə clickbait-lər
ilə mübarizə yanlış fikirə yönəldəcək başlıqları paylaşan sayt və səhifələrin
adi istifadəçiləri cəlb etmələrinə təsir etməyəcək.
Paylaş
Bənzər xəbərlər