Logo
    main-post-cover

    "Fast & Furious 8" filminin premyera tarixi dəyişildi.

    Digər
    07.05.2017
    Farid
    Vin Diesel öz instagram səhifəsində "Fast & Furious 8" filminin ilk logosunu paylaşıb. Logo-da, üzərində qan izləri olan gümüşü 8 rəqəmi və New-York şəhərinin mərkəzi hissəsi təsvir olunmuşdur. Çox güman ki, filmdə olacaq hadisələrin bir hissəsi məhz bu şəhərdə baş verəcək. Lakin ən maraqlısı logonun aşağısında olan filmin premyera tarixidir. Yazıdan göründüyü kimi "Fast & Furious 8" filmi izləyicilərə 2017-ci ilin yay fəslində təqdim olunacaq. Halbu ki, bu ilin yaz fəslində keçirilmiş CinemaCon festivalında Vin Diesel filmin 14 Aprel 2017-ci il tarixində böyük ekranlara çıxacağını bildirmişdir. Filmin premyera tarixinin dəyişilmə səbəbi hələki aydın deyil.
    www.technote.az
    Paylaş
    Bənzər xəbərlər