Logo
    “Felis Azərbaycan 2026”ya müraciətlər başladı

    “Felis Azərbaycan 2026”ya müraciətlər başladı

    Digər
    16.09.2026
        Reklam və marketinq sahəsindəki effektiv və yaradıcı işləri mükafatlandıran “Felis Azərbaycan” 2026-cı ildə 3-cü dəfə keçirilir. Yenilənmiş bölmə strukturu və 70 fərqli kateqoriyası ilə sektorun ən diqqətçəkən, oyunun qaydalarını dəyişərək qəlibləri sındıran və dəyişiklik yaradan layihələrini bir araya gətirəcək müsabiqə Azərbaycanın kommunikasiya dünyasını yenidən eyni çətir altında birləşdirəcək.

       Müsabiqə çərçivəsində sektorun inkişaf edən ehtiyaclarına uyğun bölmə və kateqoriyalar olacaq. 

        Reklam və kommunikasiya dünyasında dəyişən istiqamətlər, yeni iş üsulları və sektorun inkişaf edən ehtiyacları nəzərə alınaraq “Felis Azərbaycan”ın bölmə və kateqoriya strukturu 2026-cı il üçün əsaslı şəkildə yenilənib. Belə ki, bu il müsabiqəyə 8 bölmə və 70 kateqoriya üzrə müraciətlər qəbul ediləcək.

       Yenilənmiş strukturda diqqətçəkən əsas dəyişikliklər aşağıdakılardır:
    • PR: “PR” 9 kateqoriyadan ibarət yeni və müstəqil bölmə kimi müsabiqəyə əlavə edilib.
    • Advertising Campaigns: Bölmədə mövcud kateqoriyaların əhatə dairəsi yenilənib. “Low Budget Campaigns” yeni kateqoriya kimi əlavə olunub, “Social Advertising & Charity” kateqoriyası isə yenilənmiş məzmunla “Social Impact Campaigns” adı altında təqdim edilib.
    • Design & Branding: Bölmədə promomateriallara aid kateqoriyalar birləşdirilib, “Typography” və “Illustration” yeni kateqoriyalar kimi əlavə olunub. Rəqəmsal dizayn kateqoriyası “Digital Interface Design (UI/UX)” adı ilə yenilənib, bəzi mövcud kateqoriyaların əhatə dairəsində də dəyişiklik edilib.
    • Digital & Mobile: Bölmə yenidən strukturlaşdırılıb. “Influencer & Creator Campaigns” və “Creative Use of AI” yeni kateqoriyalar kimi əlavə edilib, texnologiya, rəqəmsal təcrübə və istifadəçi iştirakına aid kateqoriyalar yenilənərək sadələşdirilib.
    • Film: Bölməyə “Retail & E-commerce”, “Local Culture” və “Film Campaigns” kateqoriyaları əlavə edilib. Mövcud kateqoriyaların adları və əhatə dairəsi müasir film istehsalını daha dolğun əks etdirməsi üçün yenidən nəzərdən keçirilib.
    • Film Craft: Bölmədə “Animation” və “Visual Effects” vahid kateqoriyada birləşdirilib, bəzi kateqoriyaların təsvirləri yenilənib.
    • Media: Bölmədə audio, çap və “outdoor” istifadələri ayrıca kateqoriyalara ayrılıb, rəqəmsal platformalarda influencer və kontent yaradıcılarından istifadə ilə bağlı kateqoriyaların əhatə dairəsi yenilənib.
    • Outdoor: Bölmə yenidən strukturlaşdırılıb. “Traditional Outdoor”, “Transport & Transit Outdoor”, “Ambient & Experiential”, “Digital Outdoor (DOOH)” və “Outdoor Campaigns” kateqoriyalarından ibarət yeni struktur yaradılıb. “Posters” kateqoriyası isə “Traditional Outdoor” kateqoriyasına daxil edilib.
     
        “Felis Azərbaycan 2026” həyəcanına qoşulmaq və avantajlı dövrün imkanlarından yararlanmaq istəyənlər üçün müraciət təqvimi aşağıdakı kimidir:
    • Avantajlı müraciət dövrü: 24 avqust – 17 sentyabr 2026
    • Son müraciət dövrü: 18-25 sentyabr 2026
    • “Felis Azərbaycan 2026” mükafatlandırma mərasimi: 4 noyabr 2026-cı il, “Brand Week Istanbul”
        Müsabiqənin kateqoriyaları, iştirak şərtləri və müraciət detalları haqqında ətraflı məlumat almaq üçün buraya keçid edə bilərsiniz.
     
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...