“Felis Azərbaycan Mükafatları 2026”ya müraciət üçün son günlər
“Felis Azərbaycan Mükafatları 2026”da son müraciət dövrü davam edir. Müraciətlər sentyabrın 25-də başa çatacaq. Qaliblər noyabrın 4-də “Brand Week Istanbul” çərçivəsində Haliç Konqres Mərkəzində keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.
Azərbaycanın reklam, marketinq və kommunikasiya sektorundakı yaradıcı işləri mükafatlandıran “Felis Azərbaycan Mükafatları” 3-cü ilində də sektorun aparıcı brendlərini, agentliklərini və yaradıcı peşəkarlarını bir araya gətirir. Hazırda müsabiqədə son müraciət dövrü davam edir. Müraciətlər 25 sentyabr 2026-cı il tarixində başa çatacaq.
“Felis Azərbaycan Mükafatları 2026”nın jüri həmsədrləri “Procter & Gamble” şirkətinin Qafqaz üzrə kommersiya və marketinq direktoru Əliyar Hüseynov və “Tribal Worldwide İstanbul”un agentlik rəhbəri və rejissoru Arda Erdikdir.
Müsabiqənin jürisində Azərbaycan və Türkiyənin reklam, marketinq və kommunikasiya sektorunun təcrübəli simaları yer alır. Jüri üzvləri arasında Əfşan Bağırlı (“Beko”nun Qafqaz üzrə regional marketinq meneceri), Əliağa Şərəfxanlı (“McCANN Baku”nun Kreativ direktoru), Burak Kayzum (“Maverick”in Baş kreativ direktoru), Fərid Rzazadə (“Kristal”ın Kreativ direktoru), Nərmin Mustafayeva (“The Coca-Cola Company”nin Franşiza üzrə direktoru), Orxan Yusifov (“SHAMANS”ın Agentlik rəhbəri), Səbinə Rüstəmli (Kreativ direktor), Sona Abbasova (“Azercell Telekom”un Korporativ kommunikasiyalar direktoru) və Şəbnəm Bağırzadə (“Okee Agency”nin təsisçisi və Kreativ direktoru) var.
Qaliblər “Brand Week Istanbul”da açıqlanacaq
“Felis Azərbaycan Mükafatları”nın qalibləri 4 noyabr 2026-cı ildə “Brand Week Istanbul” çərçivəsində Haliç Konqres Mərkəzində keçiriləcək “Felis” mükafatlandırma mərasimində mükafatlarına qovuşacaqlar. Beləliklə, Azərbaycanın yaradıcı kommunikasiya sektorunun uğurlu işləri regionun və dünyanın aparıcı marketinq kommunikasiyası mütəxəssislərini bir araya gətirən “Brand Week Istanbul” atmosferində mükafatlandırılacaq.
Müsabiqəyə müraciət edən komandaları “Brand Week Istanbul” təcrübəsi də gözləyir. Müraciət edən hər şirkət bir ədəd “Brand Week Istanbul” biletinə, mükafat qazanan hər şirkət isə iki ədəd “Brand Week Istanbul” biletinə sahib olacaq.
Müxtəlif iştirakçılar üçün xüsusi müraciət imkanları
“Felis Azərbaycan Mükafatları 2026”da müxtəlif iştirakçı qrupları üçün xüsusi endirim imkanları da təqdim olunur.
Frilanserlər, qeyri-kommersiya və xeyriyyə təşkilatları 30 % endirimdən, 10 və ya daha çox müraciət təqdim edən iştirakçılar isə 15 % endirimdən yararlana bilərlər.
Yaradıcılığın müxtəlif sahələrdəki güclü nümunələrini bir araya gətirən “Felis Azərbaycan Mükafatları 2026” Azərbaycanın kommunikasiya sektorunda seçilən işləri beynəlxalq platformada tanıtmağa davam edir.
“Felis Azərbaycan Mükafatları 2026”ya müraciətlər 25 sentyabr 2026-cı il tarixinədək davam edir.
Müsabiqənin kateqoriyaları, iştirak şərtləri və müraciət detalları haqqında ətraflı məlumat almaq üçün buraya keçid edə bilərsiniz.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...