Logo
    main-post-cover

    Fiat-dan yeni kabriolet

    Digər
    07.05.2017
    Farid
    Bazarda əsasən kompakt avtomobilləri ilə tanınan Fiat uzun müddət sonra məşhur 124 Spider modelini yenilədi. Mazda MX5 Miata ilə eyni şassi üzərində hazırlanan avtomobilin dizaynı qoca 124-ün əsas cizgilərini özündə göstərir. 

    İnteryerdə vəziyyət yaxşıdır. Hər şey sadədir. Orta konsolun üstündə orta ölçülü monitor, ortada kondisioner sisteminin düymələri yerləşdirilib. Sürət qutusunun arxasında isə monitoru uzaqdan rahat idarə üçün kiçik bir konsol və digər multimedia qurğuları yerləşdirlib. 


    Maşının kapotunun altıda yapon qardaşından fərqli olaraq 1.5 və 2.0 litr atmosfer mühərrik əvəzinə 1.4 litr turbolu Fiat multiair mühərriki dayanır. Hansı ki 157 at gücü hasil edə bilir.


    Fiat-ın yeni 124 Spider modeli əgər həqiqətən də Mazda MX-5-in sürüş xüsusiyyətlərini özündə birləşdirsə avtomobildən hər Avropa ölkəsində çoxlu sayda görə bilərik. Əlbəttə Fiat qiyməti qiyməti şişirməsə.
     


    Paylaş
    Bənzər xəbərlər