main-post-cover

    Fiziklər, yaşadığımız həyatın kompüter simulyasiyası olmadığını sübut ediblər

    Digər
    04.10.2017
    Farid Pardashunas
    Oksford Universitetindən olan nəzəri-fiziklər Zohar Ringel və Dmitry Kovrizhin, bizim yaşadığımız reallığın əslində kompüter simulyasiyası olduğu nəzəriyyəsinin düzgün olmadığını sübut ediblər.
    Bu nəzəriyyənin xeyrinə fikirlər səsləndirmiş astrofizik Neil deGrasse Tyson və məşhur sahibkar Elon Musk düşünürlər ki, əgər gələcək nəsil böyük hesablayıcı imkanlara sahib olsalar, çox güman ki, onlar keçmiş hadisələrin detallı şəkildə simulyatorunu işə sala biləcəklər. Bununla yanaşı həmin simulyasiya o dərəcədə həqiqi olacaq ki, onun daxilində olan personajlar şüura sahib olacaqlar.
    Həqiqətən də gələcəkdə bu cür hesablayıcı gücə sahib olacaq kompüter texnologiyalarını nəzərə alsaq, bu cür imkanlar tamamilə real görünür. Əgər kompüterlər böyük kainatlar yaratmaq bacarığına sahibdirlərsə, onda bizim də real həyatda yaşamağımız ehtimalı demək olar ki, sıfıra düşür. Lakin kvant sisteminin modelləşdirilməsini keçirdən Ringel Kovrizhin müəyyənləşdiriblər ki, bir neçə kvant hissəciyinin simulyasiyası üçün təsəvvür olunmayacq miqdarda hesablayıcı resurs lazımdır. Bununla yanaşı bu göstərici getdikcə artacaq.

    “20 spinli bu cür matrisanı yaddaşda saxlamaq üçün 1 TB-lıq RAM lazım olacaq. Əgər spinlərin sayını artırsaq, onda bu cür yaddaşa sahib kompüterin yaradılması üçün kainatdakı olan atomlardan daha çoxu lazım olacaq” – deyə Kovrizhin bildirib.
    Başqa sözlə desək, kvant dünyasının qəlizlik faktorunu nəzərə alsaq, heç bir ənənəvi kompüter simulyasiyası, bu cür hesablamanın öhdəsindən gələ bilməz. Bununla yanaşı bu mövzu barəsində sual hələki açıq olaraq qalır. Belə ki, bəlkədə gələcəkdə olan daha yüksək inkişaf etmiş sivilizasiya, bizi, bu cür düşünməyimizə vadar edərək düzgün yoldan yayındırmaq üçün bu özəlliyi simulyasiyaya yeridibsə bəs onda necə?
    “Bu çox maraqlı fəlsəfi sualdır. Lakin o, fizika sahəsindən kənarda qaldığı üçün mən onun haqqında heç bir fikir söyləməyəcəm” – deyə Kovrizhin bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər