
Flash filmindən xəbərlər var
Warner Bros. studiyası Flash haqqında çəkiləcək filmin rejissorunun kim olacağını qərarlaşdırıb. Filmin rejissor postunu Seth Grahame-Smith tutacaq. Qeyd edək ki, film Seth-in karyerasında ilk rejissor işi olacaq. Daha öncə o "Abraham Lincoln: Vampire Hunter" və "Dark Shadows" kimi filmlərin ssenariləri üzərində çalışmışdır. Filmdə baş rolu Ezra Miller canlandıracaq. Aktyor Barry Allen rolunu ilk dəfə gələn ilin mart ayında böyük ekranlara çıxacaq "Batman v Superman: Dawn of Justice" filmində canlandıracaq. Daha sonra o 2017-ci ildə premyerası gözlənilən "Justice League" filmində izləyicilərin qarşısına çıxacaq. "Flash" filminin premyerası isə 3 Mart 2018-ci ilə planlaşdırılır. Qeyd edək ki, 2014-cü ildən başlayaraq DC Entertainment şirkəti "Flash" teleserialının istehsalı ilə məşquldur. Lakin çəkiləcək film ilə serial arasında heç bir əlaqə olmayacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...