Logo
    main-post-cover

    Fortnite beş ildən sonra yenidən Google Play Store-a qayıdıb

    Digər
    12.12.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ-də Android istifadəçiləri artıq Fortnite oyununu birbaşa Google Play Store-dan yükləyə bilirlər. Bu geri dönüş oyunun may ayında Apple-ın App Store-a qayıtmasından qısa müddət sonra baş verib. Fortnite beş il əvvəl Epic Games-in Apple və Google-un tətbiq mağazası qaydalarına etiraz etməsi səbəbilə Google Play Store-dan silinmişdi və oyunçular onu yalnız “sideloading” olaraq yükləyə bilirdilər.
        Epic Games Fortnite-ın Google Play-ə qayıtmasını ABŞ Dairə Məhkəməsinin qərarına Google-un əməl etməsi ilə əlaqələndirir. Şirkət hələlik oyunun ABŞ-dən kənarda nə vaxt əlçatan olacağı barədə məlumat verməyib.
    Paylaş