Logo
    main-post-cover

    Forza Horizon 3 rəsmi şəkildə anons olunub

    Digər
    07.05.2017
    Farid
    Microsoft-un E3 konfransı zamanı Playground Games studiyası tərəfindən hazırlanan Forza Horizon 3 oyunu təqdim edilib. Bu dəfə yarışların keçiriləcəyi yer Avstraliya olacaq. Studiyanın sözlərinə əsasən yarışları sevən oyunçular üçün Forza Horizon 3-də 350-ə yaxın avtomobil aktiv olacaq. Oyundakı hər bir avtomobil ForzaVista texnologiyası vasitəsilə ən incə detalına kimi yaradılıb. Bu arada oyunun rəsmi qapaq fotosunda yeni Lamborghini Centenario və ford Raptor əks olunmuşdur. Oyunçuları nəhəng və rəngarəng open-world dünya gözləyir. Oyunçular səhralarda, kanyonlarda, sıx tropik meşələrdə və s. yerlərdə yarışlara qatıla biləcəklər. Həmçinin seriyanın tarixi ərzində ilk dəfə oyuna 4 nəfərlik co-op rejim əlavə olunacaq. Forza Horizon Xbox Play Anywhere proqramının bir hissəsi olduğu üçün oyunu PC-də oynamaq mümkün olacaq. Oyun 27 sentyabr 2016-cı il tarixində satışa çıxacaq.

    Paylaş
    Bənzər xəbərlər