
Fransa hökümətindən startapçılara əjdaha kimi yeni viza güzəştləri
Fransadan startapçı və İT şirkəti əməkdaşlarına xoş xəbər.
Fransa höküməti, texnoloji sahibkarlar, startap əməkdaşları,
istedadlı mütəxəssislər və investorlar kimi vençur sahədə çalışan xarici vətəndaşlar
üçün viza güzəştlərini elan edib. Yeni güzəşt proqramı French Tech Visa adlanır. Yeni proqram, 2015-ci ildən olan French Tech Ticket proqramını
tamamlayır. Qeyd edək ki, 2015-ci ildən təqdim olunmuş bu proqram sayəsində
xarici startapçılar, Fransada biznes qurmaq üçün 12 ay müddətinə qrant, ofis və
digər dəstək vasitələrini əldə edirlər. French Tech Visa proqramı isə 4 il üçün
nəzərdə tutulub. Bu müddət bitəndən sonra onu uzatmaq da olur. Həmçinin bu
vizanın sahibinin ailə üzvləri də həmin vizadan istifadə edə bilərlər.
Bundan əlavə olaraq sözügedən vizaya sahib istənilən şəxs, Fransada işləmək icazəsini əldə edə bilər (həmçinin ailə üzvləri də). Sözügedən
proqram çərçivəsində xarici startap təsisçiləri, bu vizanı müəyyən akselerasiya
mərkəzlərində və konkurslarda iştirak zamanı ala bilərlər. Fransada işləmək
arzusunda olan müxtəlif mütəxəssislər, Fransanın qabaqcıl 100 startapından
birinə daxil olan zaman French Tech Visa-nı əldə edə bilərlər. Bu cür şirkətlərin
siyahısı daha sonra təqdim olunacaq. Bununla belə tam 4 il bu və ya digər
şirkətdə çalışmaq mütləq olmayacaq. İnvestorlar isə Fransanın investisiya şirkətlərindən
birində və ya Fransada ofis açan Fransanın beynəlxalq investisiya şirkətlərində
çalışmaq arzusunda olduqları zaman əldə edə biləcəklər.
Paylaş
Bənzər xəbərlər