Logo
    main-post-cover

    FTC Instacart-ın qiymət testləri ilə bağlı məlumat tələb edir

    Digər
    18.12.2025
    Sevinc
        Technote.az "Engadget” platformasına istinadən bildirir ki, ABŞ-nin Federal Ticarət Komissiyası (FTC) Instacart-ın süni intellekt əsaslı qiymətləmə alətini araşdırmağa başlayıb. Reuters-in məlumatına görə, qurum şirkətə rəsmi sorğu (civil investigative demand) göndərərək AI ilə işləyən qiymət mexanizmi barədə məlumat tələb edib.
    How to Develop Your Own Instacart-like App in 2023? | by Gsquare Web  Technologies Pvt.Ltd | Medium
        Araşdırmaya səbəb son vaxtlar yayımlanan bir eksperiment olub. Bu araşdırmada müəyyən edilib ki, Instacart eyni mağazadan, eyni vaxtda və eyni məhsullar üçün fərqli istifadəçilərə fərqli qiymətlər göstərib. Bəzi test iştirakçıları digərləri ilə müqayisədə məhsulları 23 faizə qədər baha görüb. Orta qiymət fərqi isə təxminən 7 faiz təşkil edib ki, bu da illik hesabla istifadəçilər üçün 1 000 dollardan çox əlavə xərc yarada bilər. FTC Reuters-ə açıqlamasında bildirib ki, davam edən və ya potensial istintaqlar barədə şərh vermir, lakin mediada Instacart-ın iddia edilən qiymət siyasəti ilə bağlı yayılan məlumatlar qurumu ciddi narahat edir. Araşdırma yayımlandıqdan sonra Instacart Engadget-ə açıqlamasında qiymət fərqlərinin bəzi pərakəndə tərəfdaşların apardığı qısamüddətli və təsadüfi testlərlə bağlı olduğunu bildirib. Bu testlər şirkətin 2022-ci ildə satın aldığı və Eversight adlanan AI qiymətləmə aləti vasitəsilə həyata keçirilir.
        Instacart CNBC-yə verdiyi açıqlamada isə mediada yayılan məlumatların qiymət mexanizmini yanlış təqdim etdiyini deyib. Şirkət vurğulayıb ki, qiymət dəyişiklikləri real vaxt rejimində baş vermir, təklif-tələb əsasında formalaşmır və istifadəçilərin şəxsi, demoqrafik və ya davranış məlumatları qiymət təyin olunmasında istifadə edilmir.
    Paylaş