Logo
    main-post-cover

    Game of Thrones-un ulduzu yeni Call of Duty-də

    Digər
    08.05.2017
    Activision şirkəti məşhur Hollywood ulduzlarını Call of Duty oyununda baş mənfi obrazı canlandırmaq üçün dəvət etməyi sevir. Məsələn Call of Duty: Advanced Warfare oyununda Kevin Spacey mənfi obrazı canlandırmışdır. Call of Duty: Infinite Warfare oyununda isə mənfi obrazı Game of Thrones serialında Jon Snow obrazı ilə tanınan Kit Harington canlandıracaq. Oyunun ssenaristinin sözlərinə əsasən Kit öz işinin öhdəsindən əla gələrək əsl mənfi obrazı canlandırmağa nail olub. Bundan əlavə olaraq "Lock Stock and Two Smoking Barrels” filminin rejissoru Guy Ritchie oyunun hazırlanmasında iştirak edir. O əsasən Haringtonu motion capture prosesində təlimatlandırmaqla məşqul olub. Qeyd edək ki, Call of Duty: Infinite Warfare 4 Noyabr 2016-cı il tarixində satışa çıxacaq. Oyunun təqdimat premyerası isə E3 2016 oyun sərgisində baş tutacaq. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Game of Thrones-un ulduzu yeni Call of Duty-də | Technote