main-post-cover

    Gələcəyin adamı Elon Musk haqqında daha əvvəl eşitmədiyiniz 5 fakt

    Digər
    07.04.2018
    Orxan Oguz
    Elon Musk hər zaman düşünən şəxs olub. Uşaqlığında tez-tez qarışıq xəyallar qurar və yazdığı kodlarla öz video-oyunlarını yaradardı. Hər zaman pul qazanmağın müxtəlif yollarını tapıb. Universitetdən məzun olduqdan sonra isə hansısa internet şirkətinin gəlib onu kəşf etməsini gözləmək əvəzinə təşkilatçılığa addım atıb. Musk saysız-hesabsız işlərdən ilham alırdı. Bugünün özündə elektrikli və avtonom vasitələr, xüsusi kosmos araşdırmaları, Marsa səyahət, Günəş enerjisi və süni zəka olmaqla bir çox layihənin və bir neçə şirkətin idarə heyətində yer alır. Bu məşhur şəxs 5 uşaq atası olsa da bitib tükənməyən fikir mənbəyidir! 
    Budur, Technote olaraq sizlərə Elon Musk haqqında 7 maraqlı fakt seçmişik:
    Musk-ın valideynləri uşaq ikən onunla danışan zaman tez-tez baxışlarını bir nöqtəyə sabitləyərək hərəkətsiz dayanan uşaqlarının kar olduğunu düşünürdülər. Sonra həkimlər Musk-ı müayinə etdilər lakin heç bir karlıq əlaməti müşahidə olunmadı. Müəyyən olundu ki, əslində Musk xəyala dalır. Anası Maye mövzu ilə bağlı belə deyir: ''Sanki zehni başqa bir kainata keçid edirdi...Bu barədə artıq təkid eləmirəm, çünki belə vaxtlarda yeni bir raket və ya oxşar bir aparat hazırladığından əmin oluram''

    Cənubi Afrikada böyüyən Elon Musk uşaqlığında sinif yoldaşları tərəfindən tez-tez döyülürdü. O günlərdə aldığı fiziki zərbələr səbəbilə deformasiyaya uğrayan septum hissəsi üçün 41 yaşında əməliyyata girdi. Dahi şəxs sağalma müddətində belə twitter hesabı ilə Tesla haqqında xəyallarını izləyiciləri ilə bölüşdü. 

    Pensilvaniya Universitetindəki tələbəlik illərində Musk ev şənlikləri təşkil edir və hər kəsdən 5 dollar alırdı. Beləliklə, ev kirayəsini də təmin edirdi. Özü və dostu içində 10 yataq otağının yerləşdiyi evin sakinləri idilər, pəncərələri qara zibil torbaları ilə bağlayıb divarları parlaq rənglərlə bəzəmişdilər. Musk belə axşamlarda nəzarəti əldən verməmək üçün hər zaman oyaq qalır və içki içmirdi. 

    1995-ci ildə Musk enerji fizikası ilə bağlı magistratura oxumaq üçün Stanford Universitetində qeydiyyatdan keçdi. Lakin elə həmin günlərdə internet yarandı və qeyd olduqdan cəmi 2 gün sonra internetin cəmiyyəti dəyişdirmək iddiasının daha böyük olduğuna qərar verdi. Zip 2 adlı internet şirkətini qurmaq üçün universiteti tərk etdi. 
    Musk-ın köhnə həyat yoldaşı ilə evliliyindən 5 oğlu var. Əkizlər Griffin və Xavier, üçüzlər Damian, Saxon və Kai. Cütlüyün 2002-ci ildə Nevada adlı bir uşaqları da olmuşdu, amma həmin uşaq doğulduqdan 10 həftə sonra müəmmalı infeskiyaya yoluxaraq həyatını itirmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər