
Giriş qadağan edilən, dünyanın ən sirli 5 bölgəsi
Bu xəbərimizdə heç kimin girə bilmədiyi, sirlərlə dolu olan beş bölgəni bir yerə topladıq.
İnsanlar bəzi şeyləri paylaşmağı sevməz və buna ən önəmli, ən maraqlı məlumatlar da daxildir. Tarixi və indiki zamanı kökündən dəyişdirməyə qadir bu məlumatlar, bəzi insanların və ya hökumətlərin istəyinə əsasən gizlədilir. Bu xəbərimizdə bizlərdən gizlədilən məlumatların və digər şeylərin saxlanıldığı, heç kimin girə bilmədiyi (təbii ki, səlahiyyətli şəxslər xaric) sirli bölgələri sizlərə tanıdacağıq.
Svalbard qlobal toxum anbarı
Dünyadakı bütün bitki toxumlarını muhafizə etmək üçün açılan bu anbar, Norveçdə yerləşir. 2008-ci ildə fəaliyyətə başlayan anbar, nəsli kəsilmək üzrə olan bitkilərin yenidən çoxaldılması məqsədilə açılıb. Son rəqəmlərə əsasən bu anbarda 864,309 toxum yerləşir. 4.5 milyon toxum həcminə malik olan anbar, Şimal Qütbünə çox yaxın bir nöqtədə yerləşir və 7/24 -18 dərəcə istiliyə malikdir. Bölgədə bəzi araşdırmaların aparıldığı bilinir və toxumların saxlanıldığı anbara giriş qadağandır.
Niihau adası
Amerika sərhədləri içərisində insanların gedə bilmədiyi tək ada olan Niihau adası, varlı bir ailə tərəfindən təxmini 1 əsir əvvəl alınıb və kənar şəxslərə giriş qadağan edilib. Adada nəsli tükənmək üzrə olan bəzi canlıların olduğu və sadəcə 170 insanın yaşadığı bilinir (2010-cu ildəki siyahıya alınmaya əsasən). Adada heç bir əlaqə vasitəsi yoxdur və texnoloji cihazlar sadəcə ehtiyac olduqda istifadə edilir. Adaya gedə bilmək üçün orada olan biri sizi dəvət etməlidir və bu çox çətin məsələdir. Sadəcə yerli xalqın yaşadığı bu adanın sirlərindən bəhs edən bir çox hekayə danışılır.
RAF Menwith Hill
1954-cü ildə, İngiltərənin Şimal Yorkshire bölgəsində istehsal edilən RAF Menwith Hill (Royal Air Force Menwith Hill) nəhəng ötürücülərin və dinləmə tədbirlərinin həyata keçirildiyi sirli bölgədir. İlk olaraq Soyuq Müharibə dövründə gündəmə gələn bölgə, həmin illərdə Rusiyanın əlaqələrini dinləmək üçün istifadə edilib. Soyuq Müharibə bitəndən sonra bağlanmaq əvəzinə gizli formada fəaliyyətə davam edən bölgə, hal-hazırda da aktivdir.
Vatikan kitabxanası
Xristiyanlıq dini Katolik məzhəbinin idarə edildiyi mərkəz olan Vatikan, tarixin ən böyük və sirli kitabxanasına malikdir. VIII əsrə aid məlumatların olduğu kitabxana, 1881-ci ilə qədər tamamilə bağlı idi. Hal-hazırda kitabxanaya giriş mümkündür, ancaq ilk öncə icazə almalısınız və icazə almaq çox çətindir. İcazə alıb giriş etsəniz belə bəzi məlumatlara baxmağa icazə verilmir. İçərisində "Gizli məlumatlar" adlı bir bölümə də sahib olan nəhəng kitabxana 75.000 əl yazmaya və 1.1 milyon kitaba sahibdir.
51-ci bölgə
Vietnam müharibəsi dövründə ortaya çıxan bir sənəd sayəsində varlığından xəbərdar olduğumuz 51-ci bölgə, filmlərə və yadplanetli teoremlərinə mövzu olmağı ilə məşhurdur. CIA'in gizli mərkəzi olaraq bilinən bölgə haqqında demək olar ki, heç bir məlumat yoxdur. Nevadada yerləşən bölgənin şəkillərini çəkməyə icazə yoxdur, bölgəyə girmək qadağandır və bölgədən məlumat almaq qadağandır. Bölgənin yanında nəhəng bir göl var (Groom Gölü) və bəzi insanlar bu gölün altında yadplabetlilərin olduğunu iddia edir.
Paylaş
Bənzər xəbərlər