
Günəş sistemindən kənarda su buludları aşkar edilib
Santa-Kruz Universitetinin astronomları WISE 0855 adlı qəhvəyi
cırtdan obyektdə su buludlarının var olması haqqında sübutlar əldə ediblər. Beləliklə
onlar Günəş sistemindən kənarda su buludlarını aşkar ediblər. WISE 0855 Yer kürəsindən
7.2 işıq ili uzaqlığında yerləşir. Lakin onu müşahidə etmək bir qədər çətindir.
Belə ki, o soyuq və bozdur. O planet adı üçün böyük, ulduz adı üçün isə çox
balacadır. O öz həyatına istənilən hər-hansı bir ulduz kimi başlayıb. Lakin
obyektin kütləsi termonüvə reaksiyasının başlaması üçün lazımi səviyyədə deyil.
WISE 0855-in kütləsi Yupiter-in kütləsindən 5 dəfə böyükdür. Onun səthindəki
temperatur isə Günəş sistemindəki qaz planetləri kimi soyuqdur. Obyektin boz
olduğundan astronomlar onun tərkibini spektroskopiya ilə müşahidə edə bilməyiblər.
Bunun yerinə astronomlar Havay adalarındakı teleskoplardan istifadə edərək
obyektin atmosferinin dərin qatlarından yayılan termal şüalanmanı aşkar ediblər.
Nəticədə spektoqrafik müşahidə çətin də olsa mümkün olub. "Bizim əldə etdiyimiz
spektrlar onu göstərir ki, WISE 0855-in atmosferi su buxarı və buludlara
sahibdir” – deyə müşahidəçilərdən biri qeyd edib. Günəş sistemindən kənarda olan
soyuq obyektlərin müşahidəsi çox çətin olur. Lakin qəhvəyi cırtdan obyektlər üzərində
gələcək müşahidələr qalaktikada adi suya nə dərəcədə nadir rastlanma haqqında təsəvvürlərin
yaranmasına kömək olacaq.
Paylaş
Bənzər xəbərlər