GOAL proqramının qalib startapları Silikon Vadisində görüşlər keçiriblər
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Plug and Play” şirkətinin tərəfdaşlığı ilə keçirilən “GOAL” proqramının qalib startapları Silikon Vadisində bir sıra görüşlərə qatılıblar. Bu çərçivədə Azərbaycan startapları ilə “Plug and Play”in baş icraçı direktoru Saed Amiri arasında görüş baş tutub.
Technote.az xəbər verir ki, görüş zamanı startapların inkişafı, investisiya imkanları, xarici bazarlara çıxış və Silikon Vadisi ekosisteminə inteqrasiya məsələləri müzakirə olunub. Azərbaycan startapları öz məhsul və həllərini də təqdim ediblər.
Proqram iştirakçıları “Plug and Play”in müxtəlif istiqamətlər üzrə komandaları ilə də görüşlər keçirirlər. Növbəti həftə startaplar “Silicon Valley Summit” çərçivəsində keçiriləcək “Global Startup Showcase” səhnəsində çıxış edəcəklər.
Proqram çərçivəsində startapların “Hyundai Innovation Day”, “LinkedIn”, “Odoo” və “San Jose AI Center of Excellence Expo” kimi tədbir və şirkət ziyarətlərində iştirakı da nəzərdə tutulub. Azərbaycandan olan “Pionero AI” startapı isə “Shark Tank” sessiyasının qalibi seçilərək investorlar önündə təqdimat imkanı qazanıb.
Ümumilikdə “GOAL” proqramında Azərbaycandan 6 startap iştirak haqqı əldə edib. Siyahıya “Glacies Biome”, “Enduropy”, “Bonfi; Recepta”, “Pixelfork” və “Pionero AI” daxildir.
Paylaş