GOG CD Projekt-dən ayrıldı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, GOG Steam-ə alternativ kimi tanınan və DRM-siz oyun fəlsəfəsi ilə seçilən PC oyun mağazası rəsmi olaraq CD Projekt-dən ayrılır. Şirkətin yaydığı məlumata görə, GOG-un həmtəsisçisi Michał Kicinski rəqəmsal oyun mağazasını və onun onlayn platforması GOG Galaxy-ni CD Projekt-dən 25,2 milyon dollar qarşılığında satın alıb.
Bu dəyişiklik GOG-un əsas prinsiplərinə təsir etməyəcək. Şirkət bildirir ki, DRM-siz oyun modeli GOG üçün heç vaxt olmadığı qədər mərkəzi mövqedədir. Açıqlamada vurğulanır ki, GOG ideyası ilk dəfə 2007-ci ildə formalaşarkən məqsəd sadə idi: klassik oyunları oyunçulara geri qaytarmaq və alınan oyunun həqiqətən istifadəçiyə məxsus olmasını təmin etmək. GOG rəhbərliyi hesab edir ki, məcburi launcher-lər və qapalı ekosistemlərlə dolu bazarda bu yanaşma bu gün daha da аktuallaşıb. Yeni mərhələdə platforma həm keçmişin klassiklərini qorumağı, həm də müasir dövrün seçilən oyunlarını və “retro ruhlu” yeni layihələri dəstəkləməyi planlaşdırır.
Bununla yanaşı, GOG ilə CD Projekt arasındakı əməkdaşlıq davam edəcək. CD Projekt öz məşhur oyunlarını, o cümlədən The Witcher seriyasını və Cyberpunk 2077-ni, eləcə də gələcək layihələrini GOG platformasında satmaqda davam edəcək.
Paylaş
Bənzər xəbərlər