Google 68 milyon dollar təzminat ödəyəcək
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google səsli köməkçisi Google Assistant-ın istifadəçiləri qanunsuz şəkildə dinlədiyi iddiaları ilə bağlı açılan kollektiv məhkəmə işi çərçivəsində 68 milyon dollar təzminat ödəməyə razılaşıb. Reuters-in məlumatına görə, şirkət bu razılaşma ilə günahını rəsmi şəkildə etiraf etməyib.
İddiada bildirilir ki, Google Assistant bəzi hallarda istifadəçi tərəfindən heç bir əmr verilmədən aktivləşib və şəxsi danışıqları qeydə alıb. Bu cür hallara “false accepts”, yəni səsli köməkçinin səhvən aktivləşməsi deyilir. Məhkəmə sənədlərinə əsasən, qeydə alınan bu məlumatlar sonradan üçüncü tərəflərə ötürülüb və hədəfli reklam məqsədləri üçün istifadə olunub.
İddiaçılar Google-ı istifadəçilərin məxfi ünsiyyətini onların razılığı olmadan dinləmək və paylaşmaqda günahlandırıblar. Texnologiya nəhəngi isə razılaşmaya baxmayaraq, qanun pozuntusu etdiyini qəbul etməyib. TechCrunch-un məsələ ilə bağlı Google-a müraciət etdiyi, lakin hələlik rəsmi açıqlama verilmədiyi bildirilir.
Paylaş