Logo
    main-post-cover

    Google Android ilə iOS'ə Location History'lərin avtomatik silinməsi funksiyasını əlavə etdi

    Digər
    27.06.2019
    Emil
        Google şirkəti Android iOS əməliyyat sistemləri üçün Location History-lərin avtomatik silinməsi funksiyasını əlavə etdi. Şirkət həmin funksiyanı hələ bu ilin may ayında anons etmişdi. İndi isə onu istifadəyə verib. Bu barədə Vc.ru saytı xəbər verib. İstifadəçilər yeni funksiya sayəsində özlərinin yerləşdikləri yerlər barəsində məlumat tarixçəsinin Google şirkəti tərəfindən nə qədər müddətlik saxlanmalı lazım olduğunu seçə biləcəklər: 3 və ya 18 ay.
        Daha köhnə Location History məlumatlar isə avtomatik şəkildə silinəcək. İstifadəçilər yerləşdikləri yerlər, internetdə və ya tətbiqlərdəki aktivliklər barəsində məlumatları özləri də silə bilərlər. Bununla yanaşı ayarlar vasitəsilə Google şirkətinin bu məlumatları əldə etməsini tamamilə bloklamaq imkanı da olduğu kimi qalacaq.
    Paylaş
    Bənzər xəbərlər