
Google-dan növbəti satınalma: Orbitera
Google, bulud xidmətləri sahəsindəki satın almalarına bir yenisini daha əlavə edib. Bulud əsaslı xidmətlər təklif edən Orbitera.com-u satın aldığını elan etdi.
Fərdi
bulud əsaslı xidmətlər sahəsində kifayət qədər güclü olan Google, korporativ tərəfdə
"Amazon Web Services” və "Microsoft Azure” kimi rəqiblərlə rəqabət aparmağı da əldən
buraxmır. Technote.az-ın "Webrazzi”-yə
istinadən verdiyi xəbərə əsasən indiyə qədər 2 milyon dollar investisiya alanOrbitera da bu vizyona uyğun bir satınalmadır. Rəsmi rəqəmlər açıqlanmasa da, gələn
xəbərlər Google-un Orbitera üçün 100 milyon dollar ödədiyi və bunun daha çox
bir istedad satın alması olduğu qismindədir.
Firas Buşnaq və Brayn Sinqer tərəfindən yaradılan Orbiteranın CEO-su Marcin Körc keçmiş bir Amazon Web Services işçisidir (3 il)
və bu da bu satın almanın strateji dəyərini artırır. Açıqlanan rəqəmlərə görə
Orbitera-dan bu günə qədər 60 min şirkət istifadə etmişdir. Orbitera-dan xidmət
alan şirkətlər arasında da Adobe və Oracle kimi nəhəng şirkətlər mövcuddur.
Google bu satın almayla həm Google Cloud
Platform-dakı xidmətlərini həm də Orbiteranın müştərilərinə keyfiyyətli bulud
xidməti verməyi hədəfləyir. Orbitera-nın hələ ki öz gücünə işləri davam etdirəcəyi
də açıqlanır ki, bu vaxt Google-ın
Orbitera platformasını tam olaraq öz tərkibinə qatacağı günə qədər davam edə
bilər.
Şirkətlərə yönəlik bulud əsaslı xidmət və
texnologiya rəqabəti heç şübhəsiz ki bundan sonra da davam edəcək. Bu sahədə
sadəcə texnologiya üstünlüyünün deyil, istedad satın almaları və istedad
transferlərinində vacib olduğu bir o qədər dəqiqdir. Ona görə ki, bu
investisiyaların sonunda Apple kimi milyard dollarlıq müştərilər əldə edə bilmə
şansları var...
Paylaş
Bənzər xəbərlər