main-post-cover

    Google Hip Hop tarixini doodle ilə qeyd etdi

    Digər
    11.08.2017
    Orxan Jafarli
    Google bu günə qədər hazırladığı ən mürəkkəb və ən gözəl doodle ilə qarşımıza çıxdı. Hip Hop mədəniyyətinin 44-cü ilini qeyd etmək üçün yaradılan doodle, bütün dünyada maraq oyandırdı.
    1970-ci illərin sonunda Amerikada ortaya çıxan Hip Hop mədəniyyəti, 44-cü ilini Google tərəfindən xüsusi olaraq hazırlanan bir doodle ilə qeyd olundu.
    Hip hop-un 44-cü ili üçün xüsusi olaraq graffiti sənətçisi Cey Adams tərəfində hazırlanan doodle, eyni zamanda kiçik bir sürpriz ilə təqdim edilir. Hazırlanan doodle-ın üzərinə klik etdiyinizdə, DJ Kool Herc-dən günümüzə Hip Hop tarixində kiçik bir gəzintiyə çıxırsınız.
    Hazırlanan mini oyunu izah edən adam isə MTV Raps-dən xatırlayacağımız Fab 5 Freddy-dən başqası deyil. Hip Hop tarixinə baxdıqdan sonra isə bu dəfə bizim mix-lər hazırlamağımızı istəyir.
    Hip Hop doodle, şirkəti bu günə qədər ən çox işləməsinə səbəb olan doodle işi olub. Birdən çox məzmunu brauzer üzərinə yerləşdirən Google, möhtəşəm bir iş ortaya çıxartdığını deyə bilərik.
    Linki kopyala