main-post-cover

    Google, ilk dəfə Youtube-dan nə qədər gəlir əldə etdiyini açıqladı (Nəhəng rəqəmlər)

    Digər
    04.02.2020
    Nijat Hamid
            Youtube video platforması GoogleAlphabet şirkətlərinin tərkibində olan bir servisdir. Bundan 14 il əvvəl, yəni 2006-da Google, 1.6 milyard dollar ödəyərək Youtube servisini aldı. Google-un tərkibi olduğu və "Hər şeyin sahibi" olan Alphabet şirkətinin CEO-su Sundar Pichai, tarixdə ilk dəfə Youtube-dan qazandıqları gəliri açıqladı. Açıqlanan məbləğlərə görə Youtube, Google-ın gəlirlərinin 10%-ini təşkil edir.

    Açıqlamalara görə şirkət Youtube-dan sadəcə reklam gəlirləri olaraq 2019-da 15 milyard dollar gəlir əldə edib. Hələ bu rəqəmlərə Youtube-un pullu xidmətləri daxil deyil.

            Alphabet CEO-su olan Sundar Pichai tərəfindən açıqlanan statistik rəqəmlərə görə şirkət Youtube-dan 2019-il ərzində təkcə reklam gəlirlərindən 15 milyard dollar qazanıb. Bu gəlirin 5 milyard dolları isə 2019-un son 3 ayında qazanılıb. Bir digər açıqlanan statistika isə Youtube MusicYoutube Premium kimi pullu xidmətlərin ümumi 20 milyondan çox abunəsinin olmasıdır. Həmçinin Youtube TV-nin də 2 milyon abunəsi var. Şirkət bu xidmətlərin gəlirlərini, Pixel telefonlarının və Google Home kimi cihazların gəlirlərini "Digər Gəlirlər" kateqoriyası altında hesablayır.
            Sundar Pichai tərəfindən 2018-in gəlirləri də açıqlandı. Youtube 2018-də 11.2 milyard dollar gəlir edib və keçən ilə nəzərən müqayisə etsək 2019-da gəlirlərini 36.5% qədər artırıb. Bu isə ciddi rəqəmlərdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər