Logo
    main-post-cover

    Google I/O 2024 konfransının keçirilmə tarixi elan edilib

    Digər
    15.03.2024
         Google şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş Google I/O 2024 konfransının nə zaman keçiriləcəyini açıqlayıb. Şirkətin təqdim etmiş olduğu posterə əsasən Google I/O konfransı bu il 14 may tarixində baş tutacaq. Google I/O 2024-də əsas diqqət Android 15-ə yönələcək. Belə ki, şirkət öz əməliyyat sisteminin yeni versiyasını məhz bu konfrans çərçivəsində təqdim edəcək. Bununla yanaşı konfransda Google Pixel 8a smartfonunun təqdim olunacağı da gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google I/O 2024 konfransının keçirilmə tarixi elan edilib | Technote