main-post-cover

    GTA 6 indidən bəzi oyun saytlarında satışa çıxıb!

    Digər
    02.05.2024
    Farid Pardashunas

         Bir oyun saytı son illərin ən çox gözlənilən oyunu olan GTA 6 üçün məhsul açarlarının satışına başlayıb. Nəzərinizə çatdıraq ki, oyunun istehsalçısı Rockstar hələlik nə qiyməti, nə də çıxış tarixini açıqlamayıb...

         Şübhə yoxdur ki, oyun dünyasının son zamanlar ən populyar mövzulardan biri GTA 6-dır. Pərəstişkarlarının oyunla bağlı ipuçlarını tapmaq üçün hər yeri gözdən keçirdikləri və bu haqda çox sayda şayiələrin olduğu GTA 6, indi bir oyun saytında satışdadır. Bir internet saytı oyunun istehsalçısı Rockstar-ın qiymətini belə açıqlamamasından asılı olmayaraq, GTA 6-nın Xbox məhsul açarını 69,99 avroya satışa təqdim edib.
         Təəccüblü deyil ki, oyunlar oynanılana qədər öncədən sifariş üçün təqdim edilə bilər. GTA 6 da təbii ki, əvvəlcədən sifariş edilə bilər və hətta oyunu ilk gün oynamaq istəyən insanlar da oyunu əvvəlcədən sifariş edəcəklər. Burada diqqət çəkən əsas məqam, oyunun rəsmi çıxış tarixinin və ya qiymətinin açıqlanmamasıdır. Beləliklə, bu məhsul açarını satın alsanız, GTA 6 həqiqətən də, təqdim edilən zaman əlinizdəki açarlara baxa bilərsiniz. 
         GTA 6-nın 2025-ci ildə konsollara çıxacağını və sonrakı illərdə kompüterlərə gələcəyini bilirik. Oyun üçün məhsul açarlarının artıq satılmağa başlanması çox diqqət çəkici bir hərəkətdir. Saytdakı açıqlamaya görə, oyun açarı oyunun çıxdığı gün təhvil veriləcək. Bundan əlavə, bu məhsul açarı ilə ön sifariş bonusları alacağınıza dair də heç bir zəmanət yoxdur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    GTA 6-nın çıxış tarixində gecikmə olmayacağı iddia edilir!
    gta-6-nin-cixis-tarixinde-gecikme-olmayacagi-iddia-edilir