main-post-cover

    GTA 6-nın çıxış tarixi məlum olub!

    Digər
    17.05.2024
    Farid Pardashunas

         Rockstar Games-in ana şirkəti Take-Two Interactive, maliyyə hesabatını dərc edib. Grand Theft Auto VI və ya qısaca GTA 6-nın "2025-ci ilin payız" ayında təqdim ediləcəyi açıqlanıb.

         Rockstar-ın ana şirkəti Take-Two Interactive, dördüncü rüb və 2024-cü maliyyə ili üçün maliyyə nəticələrini açıqlayıb. Yanvarın 1-dən martın 31-dək olan dövrdə şirkətin 2.9 milyard dollar itirdiyi məlum olub. Şirkət bu zərərin 2.18 milyard dollarının qudvil ödənişlərindən qaynaqlandığını bildirərək, eyni zamanda Grand Theft Auto VI və ya qısaca GTA 6 üçün daha konkret buraxılış tarixi məlumatlarını da paylaşıb.
         Bilindiyi kimi Rockstar Games tərəfindən yayımlanan ilk GTA 6 treylerində oyunun çıxış tarixi yalnız 2025-ci ilə işarə edilmiş və heç bir detala yer verilməmişdi. İndi isə GTA 6-nın “2025-ci ilin payızında” çıxacağı açıqlanıb. Take-Two CEO-su Strauss Zelnick də GTA 6-nın gecikə biləcəyi ilə bağlı şayiələrə "Biz GTA 6-nı 2025-ci ilin payızında təhvil verəcəyimizə son dərəcə əminik." deyərək cavab verib. Digər tərəfdən, GTA 6 ilk dəfə keçən dekabr ayında rəsmi treyleri ilə elan edilmişdi. Yayımlanan treyler YouTube-da cəmi 24 saat ərzində ən çox baxılan video oyun treyleri olmuşdu. Videodan da anlaşıldığı kimi, GTA 6 Florida şəhərində gerçəkləşəcək. Oyunda biz Lucia və Jason (bu ad rəsmi olaraq təsdiqlənməyib) adlı iki personajı idarə edəcəyik.
         Son olaraq, GTA 6, PS5 və Xbox Series X/S konsolları üçün buraxılacaq. Oyunun PC versiyası isə təqdim olunduğu zaman mövcud olmayacaq, lakin gələcəkdə PC istifadəçiləri üçün də əlçatan olacaq. Məlum olduğu kimi, GTA 5, 2013-cü ilin sentyabr ayında təqdim edilmişdi. Bu səbəbdən GTA 6 da bu tarixlərdə təqdim edilə bilər. Eyni zamanda, GTA 5-in PC versiyası isə 2015-ci ilin aprel ayında təqdim olunmuşdu. Yeri gəlmişkən, onu da qeyd edək ki, GTA 5-in ümumi satışları artıq 200 milyona çatıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    GTA 6 indidən bəzi oyun saytlarında satışa çıxıb!
    gta-6-indiden-bezi-oyun-saytlarinda-satisa-cixib
    GTA 6-nın çıxış tarixində gecikmə olmayacağı iddia edilir!
    gta-6-nin-cixis-tarixinde-gecikme-olmayacagi-iddia-edilir