
GTA 6-nın çıxış tarixində gecikmə olmayacağı iddia edilir!
Digər
30.04.2024
Aslan
Son zamanlar tez-tez gündəmə gələn GTA 6-nın çıxış tarxinin gecikdiriləcəyi ilə bağlı fikirlərə qarşı yeni iddialar irəli sürülüb.
Şübhə yoxdur ki, son illərin ən çox gözlənilən oyunu GTA 6-dır və hətta oyunun treyleri belə ilk çıxdığı zaman gündəm olmuş və bir çox rekordlar qırmışdı. Sonradan oyunla bağlı ortaya tez-tez iddialar atılmağa başlandı. Bu iddiaların əhəmiyyətli bir hissəsinə görə, oyun açıqlanan təqvimdən geridə idi və yalnız 2026-cı ildə təqdim edilə bilərdi. Daha sonra, Rockstar-ın işçilərini ofisə çağırmağa başlaması, oyunun inkişaf prosesində bəzi gecikmələrin ola biləcəyi haqqında iddiaları ortaya qoydu. GTA 6-nın gecikdiriləcəyi ilə bağlı iddialara cavab isə Insider Gaming-in sahibi Mike Straw-dan gəldi.

X-də etdiyi bir paylaşım ilə gecikmə iddialarına cavab verən Straw, "Bunu bir daha deyirəm, çünki insanlar hələ də bu barədə müzakirələr aparırlar: Mən bir çox mənbə ilə əlaqə saxladım və mənə oyunun "vaxtında" ilərlədiyi və inkişafın bu nöqtəsində gecikmələrlə bağlı bütün iddiaların "sırf fərziyyə" olduğu bildirildi." deyə paylaşım edib. Straw, həmçinin Rockstar-ın oyunu 2025-ci ilin ilk rübündə təqdim edəcəyini heç vaxt "tam təsdiqləmədiyini", lakin eşitdiyi heç bir şeyin oyunun 2026-cı ilə qədər təxirə salınması ilə əlaqəli olmadığını bildirib.
Rockstar və Take-Two təqdim edəcəkləri hər hansı bir şey olana qədər heç bir açıqlama verməməyi üstün tuturlar. Bu vəziyyət isə oyunla bağlı iddiaları daha da artırır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
