main-post-cover

    GTA 6-nın oyun içi videoları sızdırılaraq sosial şəbəkələrdə paylaşıldı! (VİDEO)

    Digər
    25.10.2024
    Farid Pardashunas

         Rockstar Games-in GTA 6 oyununa dair yayımlanma tarixi, ikinci təqdimat videosu və co-op oyunun olub-olmayacağı ilə bağlı suallarla dolu videolar sızdırıldı. Videoların nə qədərinin real olduğu bəlli deyil, lakin həyəcan böyükdür.

         2025-ci ilin 3-cü və ya 4-cü rübündə Xbox Series X | S, PS5 PS5 Pro üçün satışa çıxarılması gözlənilən GTA 6 üçün həyəcan ən yüksək nöqtəyə çatıb. PC oyunçularının isə GTA 6-nı 1-2 il sonra təcrübə edə biləcəyi deyilir və oyunla bağlı sızıntılar durmadan yayılmağa davam edir. Son günlərdə bir TikTok videosu ilə başlayan sızıntı dalğası nəticəsində bir çox oyun videosu sosial mediada yayılıb.
         Əvvəlcə bir müddət əvvəl yayılan xəritə sızıntılarına nəzər salaq. Xəritə ölçü baxımından GTA San Andreas-dan kiçik olsa da, bu dəfə oyun üfüqi deyil, şaquli şəkildə geniş olacaq. Oyunun ziyarət edilə bilən adalar, içinə girilə bilən yüzlərlə fərqli bina, dükan və mağaza ilə indiyə qədərki ən detallı xəritə ilə çıxacağı deyilir.
    View post on X
         Bu videonu sızdıran şəxs oyunda co-op rejiminin olacağını və dostunuzla (və ya serverdən təsadüfi biri ilə) oyunu birlikdə oynayarkən səsli və yazılı ünsiyyət qura biləcəyinizi, missiyalara birlikdə qərar verəcəyinizi iddia edir. Videoda şəhərin canlandırılmış və yaşayan quruluşu xüsusi diqqət çəkir.
    View post on X
         Burada isə Rockstar Games-in vəd etdiyi kimi modifikasiya edilə bilən avtomobilləri və modifikasiya mağazasını görürük. Həmçinin Amazon Prime göndərməsinə istinad edən bir kargo avtomobili və yaşayan şəhər obrazını tamamlamaq üçün elektrikli skuteri sürən bir qadın gözə dəyir.
    View post on X
         Floridanın sahillərini oyunda göstərdiyini iddia edən başqa bir sızıntı da mövcuddur. Bu vizualın oyunun treylerindəki sahillərlə tamamilə eyni olması onun həqiqiliyini düşündürür. Xüsusilə sahildəki detalların səviyyəsi kifayət qədər qənaətbəxş görünür.
    View post on X
         Son günlər ən çox müzakirə olunan və GTA 6-nın giriş səhnəsindən bir parça olduğu iddia edilən sızıntı da yuxarıdakı videodadır. Xüsusilə son 10 saniyədə bir GTA klassikası olan arxadan görünüşdən oyunun idarə edildiyi səhnə çox real görünür. Bəziləri bu videonun Unreal Engine 5-də hazırlandığını düşünsə də, digərləri videonun həqiqətən də GTA 6-dan götürüldüyünü iddia edir.
         Sonda isə iştahınızı artırmaq üçün "saxta" olduğunu artıq bildiyimiz bir video paylaşaq. Bu videodakı oyun səhnələri, "Unreal Engine 5 ilə GTA 6 necə görünərdi?" deyə düşünülərək hazırlanmış bir konsept dizaynıdır. Hərçənd ki, bu gerçək deyil, lakin oyunun nə qədər mükəmməl görünə biləcəyinə dair fikir verir. Yuxarıda sizin üçün topladığımız videoların hamısı həqiqi, yaxud hamısı saxta ola bilər. Keçən ilin sonunda yayılan oyun səhnələri Rockstar Games tərəfindən qəbul edilərək sızıntılara qarşı ciddi tədbirlər görülmüşdü. Bu sızıntıların nə qədər həqiqətə uyğun olduğunu görmək üçün əvvəlcə ikinci təqdimat videosunu, sonra da oyunun bazara çıxmasını gözləməli olacağıq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Heç vaxt buraxılmayan gizli GTA oyunu üzə çıxıb!
    hec-vaxt-buraxilmayan-gizli-gta-oyunu-uze-cixib
    GTA 6-nın çıxış tarixi məlum olub!
    gta-6-nin-cixis-tarixi-melum-olub
    GTA 6 indidən bəzi oyun saytlarında satışa çıxıb!
    gta-6-indiden-bezi-oyun-saytlarinda-satisa-cixib
    GTA 6-nın çıxış tarixində gecikmə olmayacağı iddia edilir!
    gta-6-nin-cixis-tarixinde-gecikme-olmayacagi-iddia-edilir
    GTA 5-in ləğv edilmiş DLC paketləri illər sonra ortaya çıxıb!
    gta-5-in-legv-edilmis-dlc-paketleri-iller-sonra-ortaya-cixib