Günəş sistemində yeni ulduz peyda olacaq (VİDEO)

03.09.2017 0 PAYLAŞIM 463 OXUNMA

ESA Gaja adlı peykin sayəsində alimlər öyrəniblər ki, 1.3 milyon ildən sonra Günəş sisteminə Gliese 710 adlı cırtdan ulduz daxil olacaq.

Sonuncu dəfə buna bənzər hadisə nəticəsində Yer kürəsindəki dinozavrlar məhv olmuşdular. Lakin bu dəfə insanları nə gözləyir? Hal hazırda Günəş, digər digər ulduzlardan izolə olunmuş bir obyektdir. Günəş sisteminə ən yaxın ulduz Alfa Sentavradır. O, 4 işıq ili uzaqlığında yerləşir. Kosmik miqyasda bu məsafə çok kiçikdir. Lakin insanlar üçün həmin məsafə fantastik və hal hazırda qətt olunması qeyri-mümkündür. Lakin 1.3 milyon ildən sonra hər şey dəyişəcək. Avropa Kosmik Agentliyi tərəfindən istifadəyə verilmiş peykin əldə etdiyi məlumatlara əsasən gələcəkdə Gliese 710 adlı ulduz bizim sistemə daxil olacaq. Gliese 710, təqribi olaraq bizim Günəşdən kütləcə 60% daha ağırdır.

Çox güman ki, bu ulduz, sistemin xarici kənarındakı Oorta buludunda (buz tozunun və kosmik obyektlərin parçalarının yığıldığı mühit) qalacaq. Bu halda Günəş ilə Gliese 710 arasındakı məsafə 90 işıq günü olacaq. Bu isə 2.25 trilyon kilometrə bərabərdir. İlk baxışdan bu cür məsafənin həddən artıq yüksək olduğu görünsə də, Gliese 710 istər-istəməz bizim sistemə təsir edəcək. O, Marsdan daha yüksək parlaqlığa sahib olacaq və öz qravitasiyası sayəsində bizim sistemə kometləri və böyük kosmik obyektləri cəzb edəcək. Bu isə öz növbəsində Yer kürəsi ilə həmin kometlərin toqquşması ehtimalını yüksəldəcək. Günəş heç də həmişə yalnız olmayıb. Təqribi olaraq 70.000 il bundan öncə Yer kürəsinin səthində ilk insanlar gəzəndə, Oorta buludunda cırtdan ulduz var idi. Bir çox alimlərin fikrincə məhz həmin ulduzun ucbatından dinozavrlar məhv olmuşdular.