
Günəş sistemində yeni ulduz peyda olacaq (VİDEO)
Digər
03.09.2017
Emil
ESA Gaja adlı peykin sayəsində alimlər öyrəniblər ki, 1.3 milyon ildən sonra Günəş sisteminə Gliese 710 adlı cırtdan ulduz daxil olacaq.
Sonuncu dəfə
buna bənzər hadisə nəticəsində Yer kürəsindəki dinozavrlar məhv olmuşdular.
Lakin bu dəfə insanları nə gözləyir? Hal hazırda Günəş, digər digər ulduzlardan
izolə olunmuş bir obyektdir. Günəş sisteminə ən yaxın ulduz Alfa Sentavradır.
O, 4 işıq ili uzaqlığında yerləşir. Kosmik miqyasda bu məsafə çok kiçikdir.
Lakin insanlar üçün həmin məsafə fantastik və hal hazırda qətt olunması
qeyri-mümkündür. Lakin 1.3 milyon ildən sonra hər şey dəyişəcək. Avropa Kosmik
Agentliyi tərəfindən istifadəyə verilmiş peykin əldə etdiyi məlumatlara əsasən
gələcəkdə Gliese 710 adlı ulduz bizim sistemə daxil olacaq. Gliese 710, təqribi
olaraq bizim Günəşdən kütləcə 60% daha ağırdır.
Çox güman ki, bu ulduz, sistemin
xarici kənarındakı Oorta buludunda (buz tozunun və kosmik obyektlərin
parçalarının yığıldığı mühit) qalacaq. Bu halda Günəş ilə Gliese 710 arasındakı
məsafə 90 işıq günü olacaq. Bu isə 2.25 trilyon kilometrə bərabərdir. İlk
baxışdan bu cür məsafənin həddən artıq yüksək olduğu görünsə də, Gliese 710 istər-istəməz
bizim sistemə təsir edəcək. O, Marsdan daha yüksək parlaqlığa sahib olacaq və
öz qravitasiyası sayəsində bizim sistemə kometləri və böyük kosmik obyektləri cəzb edəcək. Bu isə öz növbəsində Yer kürəsi ilə həmin kometlərin toqquşması
ehtimalını yüksəldəcək. Günəş heç də həmişə yalnız olmayıb. Təqribi olaraq
70.000 il bundan öncə Yer kürəsinin səthində ilk insanlar gəzəndə, Oorta
buludunda cırtdan ulduz var idi. Bir çox alimlərin fikrincə məhz həmin ulduzun
ucbatından dinozavrlar məhv olmuşdular.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
