main-post-cover

    Halal-P şirkəti beynəlxalq konfransın sponsoru qismində çıxış etmişdir

    Digər
    09.04.2018
    Farid Pardashunas
        Bakıda 3-4 aprel tarixlərində Azərbaycan Mərkəzi Bankının təşkilati dəstəyi və Halal-P şirkəti və bir sıra beynəlxalq şirkətlərin sponsorluğu ilə “Nəğd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
    Konfransın keçirilməsinin əsas məqsədi nəğd pul sahəsində faydalı fikir və təcrübə mübadiləsinin aparılması, yeniliklərin və innovasiyaların tətbiqi, müştərək biznes ideyalarının tapılması, yeni işgüzar əlaqələrin qurulması üçün imkanların yaradılmasıdır.
         Konfransda müasir bank sektorunda nəğd pul tədavülünün rolu, nağd pul dövriyyəsinin idarə edilməsində yeni texnologiyaların və konsepsiyaların tətbiqi, saxtakarlığa qarşı mübarizə mövzusunda aktual məsələlər müzakirə olunmuşdur. Konfrans çərçivəsində iştirakçı şirkətlər tərəfindən müxtəlif bank avadanlıqları və məhsullarının da sərgisi keçirilmişdir.
         Bu konfransda da Halal-P şirkəti kassa həllərində dünya lideri olan “Giesecke & Devrient” (Almaniya) şirkətinin yeni avadanlıqlarının, “Mabas Electronics” (Türkiyə) şirkətinin Avtomatik depozit maşınları, pul bantlama maşınlarının və s. təqdimatını keçirmişdir. Konfransda ən böyük stendlə təmsil olunan Halal-P şirkətinin məhsul təqdimatları böyük marağa səbəb olmuşdur.
        Konfransda MDB və digər ölklələrin mərkəzi banklarının, maliyyə təşkilatlarının, nəğd pul sferasının aparıcı analitikləri, eləcə də beynəlxalq ekspertləri iştirak etmişlər. Xatırladaq ki, konfransın əsas təşəbbüskarı Ukrayna-Estonya müştərək qurumu olan “Biznes-Format” şirkətidir. Son illər ərzində bu konfrans Ukrayna, Belarus və Qazaxıstan kimi ölkələrdə təşkil olunmuşdur.
         Halal-P şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət banklar, ofislər, poliqrafiya müəssisələri üçün müxtəlif növ avadanlıq və peşəkər xidmətlər təklif edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər