Half-Life 3 Steam Machine-in əsas buraxılış oyunu ola bilər
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Half-Life seriyasının pərəstişkarları uzun illərdir üçüncü oyunu gözləyir və yeni iddia bu gözləntiləri yenidən gündəmə gətirib. Insider Gaming Weekly podkastında səsləndirilən məlumata görə, Half-Life 3 Valve-ın yeni nəsil Steam Machine cihazının buraxılış oyunu kimi 2026-cı ilin yazında təqdim oluna bilər.
Podkastın aparıcılarından və Insider Gaming portalının baş redaktoru Mike Straw bildirib ki, ona verilən məlumatlara əsasən Steam Machine, yeni “Frame” platforması yenilənmiş Steam Controller və Half-Life 3 eyni vaxtda bazara çıxacaq. Straw-un sözlərinə görə, əvvəlki illərdə dolaşan bütün elan tarixləri artıq geridə qalsa da, mənbələr oyunun real olduğunu və hələ də Steam Machine-in “launch title”ı kimi planlaşdırıldığını israrla bildirir.
Bununla belə, Valve üçün əsas problem yeni avadanlığın qiymətinin hələ də müəyyən edilməməsidir. Straw qeyd edib ki, RAM qiymətlərində baş verən kəskin artım Steam Machine-in son satış qiymətinə ciddi təsir göstərir və bu da rəsmi elanların gecikməsinə səbəb olur. Onun sözlərinə görə, Valve komponent bazarındakı vəziyyəti diqqətlə izləyir və hələ yekun qərar verməyib.
Paylaş