
Hansı operatorun istifadəçisi Whatsapp-dan pulsuz istifadə edə bilər?
Artıq WhatsApp-ı da pulsuz istifadə etmək mümkün ola biləcək
Təməlləri 2011-ci ildə qoyulan bağlantı
operatoru FreedomPop, əvvəllər də digər operatorların xidmətlərini aşağı qiymətlə
və pulsuz təklif etməklə gündəmə gələ bilmişdi. İnsanların bağlantı azadlığını
hədəfləyən FreedomPop, pulsuz WhatsApp-da internet paket həcmini istifadəçilərinə təqdim etməyə hazırlaşır. İlkin abunəlikdə istifadəçilərə ekstra WhatsApp istifadəsi üçün
aylıq 200MB tamamilə pulsuz, yüksək sürətli paket təklif olunur. FreedomPop-un
normal paketini aldığınızda isə şirkət əlavə olaraq 1GB yüksək sürətli internet
xidməti də təklif edir. Üstəlik bu paket WhatsApp zəng xidmətini də əhatə edir.
Digər operatorlarla müqayisədə daha sərfəli xidmət təklif edən FreedomPop şirkəti
ABŞ, İngiltərə, Fransa, Portuqaliya və İtaliya da daxil olmaqla 31 ölkədə fəaliyyət
göstərir.
Paylaş
Bənzər xəbərlər